Azərbaycanda qız atalarına mükafat - 10 min manat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 819
Səs ver:
(səs: 5)
Azərbaycanda qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bəyan edib.

Onun sözlərinə görə, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq.

"Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək”, - V.Bayramov əminlik ifadə edib, amma dəqiq tarixi açıqlamayıb.

Onun fikrincə, iqtisadi böhran mükafatlandırma sisteminin təsdiqlənməsində təzahür etməyəcək.

"Bu, Azərbaycan büdcəsi üçün elə də böyük məbləğ deyil”, - iqtisadçı hesab edir.
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 2 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri