Bir müddətdir gözlərdən uzaq eşq yaşayan İmirzalıoğlu yaxın dostlarına Sinəm Kobala olan məhəbbətini etiraf edib.
O, sevgilisinə qarşı hisslərini belə bölüşüb: "Gerçək eşqi Sinəmdə tapdım. Bu dəfə çox fərqlidir. Ayaqlarım yerdən kəsilib, çox sevincliyəm”.
Qeyd edək ki, kino və serial sektorunun yaraşıqlı aktyoru olan Kənan İmirzalıoğlu bu haqda ictimaiyyətə ilk dəfə açıqlama verir. O, indiyədək eşqini gözlərdən uzaq yaşayıb.