Müğənni Sərdar Ortaçın irlandiyalı həyat yoldaşı Xloe Luqnan ötən ilin sentyabrında dünyaya gəlmiş qardaşı ilə fotosunu paylaşıb.
Xloe şəklə səmimi sözlər yazıb:
"Bu da həyatımdakı həqiqi eşqim... Bu balaca adama baxanda hiss etdiyim sevgini izah etməyə söz tapmıram. Gözəl üzünü gülümsətmək üçün hər şeyi edərəm. Mənim yaraşıqlı qardaşım”.
Qeyd edək ki, X.Luqnanın valideynləri – Lusi və Ceyson Luqnan kürəkənləri S.Ortaçdan yaşca kiçikdirlər. 2 qızı olan cütlük 6 aylıq oğullarına Coş Qriffin adını verib.