Azərbaycanlı aktrisa komaya düşüb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 426
Səs ver:
(səs: 5)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kübra Dadaşovanın səhhəti pisləşib.
Aktrisanın qızı, eyni teatrın aktrisası Təhminə Məmmədovanın açıqlamasında deyib ki, anası koma vəziyyətindədir:
 
"Anam şəkər xəstəsidir. Hazırda xəstəxanada ağır vəziyyətdədir. Onun iki barmağı kəsilib. Ayağına keçmək üzrədir. Biz heç bilmirik, o, sağ qalacaq, yoxsa yox”.
T.Məmmədova qeyd edir ki, həkimlər bütün cəhdlərlə anasının səhhətini düzəltməyə çalışır:
 
"Sağ olsun həkimlərimiz, anamı müalicə etmək istəyirlər. Ancaq şəkər çox pis xəstəlikdir. Anam iki dəfə əməliyyat olunub. İndi vəziyyəti elədir ki, həkimlər heç əməliyyata da icazə vermirlər. Anam istəmir ki, kimsə onu bu vəziyyətdə görsün. O, insanların yaddaşında olduğu kimi qalmaq istəyir, bu vəziyyət yox. Biz yenə də Allaha dua edirik".
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 2 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri