10 yaşlı qız universitetə qəbul oldu

Müəllif: Miss_Oxatan
Şərhlər: 12
Baxılıb: 3 405
Səs ver:
(səs: 8)
Bununla belə, 10 yaşlı Ester Okade həmyaşıdlarından çox fərqlənir. İş ondadır ki, Böyük Britaniyanın Uest-Midlends qraflığından olan Ester məktəbdə oxumadan universitetdə riyaziyyat üzrə təhsil alacaq. Ester Yüksək Təhsil üzrə Ümumi Sertifikatın A-səviyyəli imtahanlarını (Böyük Britaniyada keçirilən imtahanlar toplusu) müvəffəqiyyətlə başa vurduqdan sonra Oupen universitetinə qəbul olub. O, doktorantura səviyyəsinə qədər oxuyaraq öz şəxsi bankını açmaq niyyətindədir.

Okade hələ 6 yaşındaykən riyaziyyatdan "C" alıb. Onun hazırda 6 yaşlı qardaşı Asiya da A-səviyyəli imtahanlara hazırlaşır.

Bacı-qardaş hər ikisi təhsili ev şəraitində alıb. Onların təhsili ilə riyaziyyatçı anası Omonefe uşaqların məşğul olur.

37 yaşlı ana deyib: "Ester dərslərini yaxşı oxuyur. Bu yaxınlarda riyaziyyatdan testdən keçib, 100 bal qazanıb. O, hələ 7 yaşından universitetə daxil olmaq istəyib. Ester 4 yaşından əlifba, vurma cədvəlini öyrənib, toplama, çıxma, bölmə əməllərini yerinə yetirə bilib".
(səs: 8)
Şərhlər: 12
Baxılıb: 3 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri