Müğənni Elnur Hüseynovun "Eurovision 2015”də oxuyacağı "Hour of the Wolf” mahnısının klipi işıq üzü görüb.
Ekran işi yarışmanın rəsmi internet səhifəsində paylaşılıb.
Avstriyanın Vyana şəhərində baş tutacaq mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq. E.Hüseynov mayın 21-də ikinci yarımfinalda çıxış edəcək.
Qeyd edək ki, ifaçı fevralda "O səs Türkiyə” yarışmasının qalibi olub. O, 2008-ci ildə Samir Cavadzadə ilə "Eurovision"a qatılaraq "Day After Day” adlı mahnı oxumuş və səkkizinci yeri tutmuşdu.