10 min kişiylə yatan qadın kitab yazdı - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 180
Səs ver:
(səs: 8)
Ötən il avstraliyalı eskort Qvinet Montoneqronun öz başına gələnləri yazdığı "10,000 Men and Counting” ("10 min kişi və davam edir”) adlı kitabı böyük qalmaqala və marağa səbəb olub.

12 illik fahişəlik həyatını qələmə alan və indiyə kimi 10 mindən çox kişiylə yatdığını iddia edən qadının kitabı türkcəyə də tərcümə edilib. Kitabın təqdimatı üçün Türkiyəyə gələn müəllif "Hüriyyət”ə müsahibə verib.
Avstraliyada yaşayan 18 yaşlı gənc qız getdiyi gecə klubunda bir qrup kişinin təcavüzünə məruz qalır. Həmin qız 19 yaşında striptiz klublarda rəqs etməyə, 21 yaşında isə eskortluq etməyə başlayır. İllər ərzində milyon dollarlar qazanır, narkotik bataqlığına düşür, 33 yaşına çatanda isə "bu həyat"dan xilas olur. Fahişə kimi "Ancelina” ləqəbindən istifadə edən bu xanım, yazar kimi Qvinet Montoneqro təxəllüsünü götürür. Başına gələnlərin hekayəsini isə başqalarına ibrət olsun deyə yazdığını deyir:
"Bu mövzudakı digər kitablar seks sənayesini parlaq göstərir. Mən isə seksin iş, ailə, gündəlik həyatıma necə təsir etdiyini yazmışam... Avstraliya nə qədər liberal cəmiyyət olsa da, insanlar bizə fərqli gözlə baxırlar. Ruhunu satırsan. Öz peşəni gizlətmədən kiminləsə sevgili olub evlənmək çətin məsələdir. Bu, o qədər də parlaq bir həyat deyil”.
Qatı dindar olan xristian ailəsində böyüyən Q. Montoneqro eskortluqla məşğul olarkən ailəsinə model kimi fəaliyyət göstərdiyini deyib. Amma 24 yaşında yol qəzası keçirib ölümdən qayıtdıqdan sonra ailəsinə həqiqəti danışıb.
Amma müəmmalı bir məsələ var: 10 min 91 kişiylə yatması məsələsi. Amerikanın qadın saytlarından olan "jezebel.com”  bunun mümkün olmadığını rəqəmlərlə sübut edib.  

Saytın araşdırmasına görə, seksual əlaqənin müddəti ən azı 1 dəqiqə, ən çox 20 dəqiqədir. Orta hesabla 5.4 dəqiqədən götürsək, fasiləsiz olaraq bir qadının 10 min kişiylə yatması üçün 900 saat lazımdır. Hər gün ayrı-ayrı adamlarla cinsi əlaqədə olsa, 10 min kişi üçün 27 ilə ehtiyac var. Amma kitabın müəllifi 12 ildir bu işlə məşğul olduğunu deyir. Deməli gün ərzində hardasa 3-4 nəfərlə olub.

Hətta bu halda belə mütəxəssislər bir qadının 10 min kişiylə bərabər olmasının "anatomik” mümkün olmadığını deyirlər. Yəni elm inkar edir. Amma Qvinet Montoneqro isə bəzən bir gecədə 7-8 nəfərlə yatdığını bildirir. Müsahibə əsnasında Q.Montoneqro Şərq kişilərinin Qərb kişilərinə nisbətən daha heybətli olduğunu deyir.

 

 

 

 

 

 

 

(səs: 8)
Şərhlər: 10
Baxılıb: 4 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri