Keçəl qızın sevgi dolu toy mərasimi! - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 691
Səs ver:
(səs: 3)
Analise-Tomas cütlüyü Vaşinqtonda keçirilən toyları ilə bir çox insana nümunə olacaq bir addım atdılar. Analise öz hekayələri haqqında qısaca bunları deyə bildi: "Təxminən 3 ay ərzində sağlığımla bağlı bir çox problemlə üzləşdim. Saçlarım tökülməyə başladı, demək olar ki, bütün bədənimdə tüklər tökülürdü. Bir çox həkimə müraciət etdik. Dərdimə əlac tapan olmadı. Və nəhayət, mənə "alopecia universalis” (ümumi keçəlləşmə) diaqnozu qoyuldu. Həkimlər mənə "böyük ehtimalla saçların bir daha geri qayıtmayacaq” dedilər. Bu anda bütün dünyam yıxıldı. Lakin Tommi mənə qeyri-şərtsiz sevgi və işıq göstərə bildi, uzun qaranlıq tunelin sonunda görünən işıq kimi. Mən özüm üçün vuruşa bilmədiyim halda, o, mənim üçün mübarizə apardı. Mənim özümə inamımı geriyə qaytardı və mənə sübut etdi ki, mən bu vəziyyətdə də gözələm. Sevgi və qayğısı ilə sübut etdi ki, gedən sadəcə saçlarımdı, əsas mən onun yanındayam ”

Cütlüyün Vaşinqtonda Korey düşərgəsində təşkil edilən toy mərasimində Analise-nin həm pariklə, həm də pariksiz şəkilləri çəkilmişdir. Cütlük bütün dünyaya bu mesajı göndərdilər: ”Sevgi xarici gözəllikdən yox, daxili gözəllikdən yaranır və güclənir”

Qadınlar.Biz sevgi dolu cütlüyün sadə və ruhlandırıcı toy mərasimindən şəkilləri sizlərə təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 12
Baxılıb: 4 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri