Gənc müğənni Ceyla Məmmədova yeni klipini təqdim edib
Səhnə təxəllüsü "J-La" olan müğənninin "Bilsən" adlı mahnısının musiqisini Hakan Erol, sözlərini isə Leyla İsrafilova yazıblar.
Ceylanın obrazı üzərində stilist Elnur Həsənov işləyib. Müğənni klip haqda bu sözləri deyib:
"Həyatda necə varamsa, klipdə də elə bir obrazda çəkilmişəm. Klipin rejissoru Anar Hüseynovla zövqümüz üst-üstə düşdüyünə görə çox gözəl iş ortaya çıxarmışıq.
Klipdə bütün əməyi keçən insanlara təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gördüyümüz iş dinləyicilərin zövqünü oxşayar".