Bunu da gördük: ehtiraslı öpüş gənc qızın qulaqlarını kar etdi

Müəllif: Miss_Oxatan
Şərhlər: 15
Baxılıb: 5 418
Səs ver:
(səs: 3)
Gənc qız ehtirasın elə bir həddində olub ki, bədəninə dəyən ziyanın fərqində olmayıb. Sevgilisi ilə öpüşən zaman kənardan gələn səsləri eşitməyən qız bunun fərqinə varmayıb. Bütün diqqətini sevgilisinə yönəltdiyi üçün heç nəyi eşitmədiyini düşünüb. Ancaq öpüş sona çatanda da karlığın davam etdiyini hiss edən qız həyəcanlanmağa başlayıb.
 
Hadisə Çində baş verib. Öpüşün təsirindən başındakı təzyiq anidən azaldığı üçün qulaqları tutulub. Onun qulaq pərdəsi də deşilib.

Quandun vilayətində baş verən hadisəni həkimlər belə izah edirlər: İnsanın daxili qulağı xüsusi kanal vasitəsi ilə ağızla bağlıdır. Ağızda hava təzyiqinin azalması pərdənin deşilməsinə səbəb olur.

Həkimlər deyirlər ki, qızın eşitmə qabiliyyəti yaxın bir neçə ay ərzində qayıtmalıdır.
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 5 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri