"Mənə qadağa qoymur, geyimlərimə qarışmır..." - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 3 020
Səs ver:
(səs: 4)
Müğənni Dilarə Kazımova şəxsi həyatından danışıb.
Müğənni həyat yoldaşının ona qadağalar qoymadığını bildirib:
 
"Evlilik həyatım əla gedir. Bakı-İstanbul yollarında qalmışıq. Bakıya tək gəlmişəm, yoldaşım Türikiyədədir. Həyat yoldaşım mənə sənətimdə böyük dəstək olur. İmkan verir ki, işimi istədiyim kimi görüm, sənətimi lazımi qədər göstərim. Mənə qadağa qoymur, geyimlərimə qarışmır. Ailədə hər şey qadından asılıdır. Hələ ki, uşaq haqda düşünmürük. Karyeramla məşğul olmaq istəyirəm”.
Kazımova yeni yaradıcılıq işlərindən də söhbət açıb:
 
"Milli boğazlarla ingilis dilində mahnı ifa etmişəm, maraqlı alınıb. Ukraynada komandam var, onlar təklif etdilər ki, belə bir mahnı yazdırım. Bu mahnı ilə xaricdə ölkəmizi, milli alətlərimizi təmsil edəcəm. Türkiyədə veriliş açılır, orada iştirak edəcəm. Albom üzərində çalışıram”.

 

 

(səs: 4)
Şərhlər: 17
Baxılıb: 3 020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri