Müğənni Günay İbrahimli İstanbula tez-tez getməyinin səbəbini açıqlayıb.
Sənətçi yaxın günlərdə yeni albomunu təqdim edəcəyini bildirib:
"Albomun işləri tamamlandı. Burada eşitdiyiniz bütün mahnılarım yer alıb. Türkiyədə hazırlanırdı, ona görə də tez-tez ora gedirdim. Həm Azərbaycanda, həm də Türkiyədə satışa çıxarılacaq. İstanbulda çoxlu azərbaycanlılar yaşayır, satılacağına inanıram. İş prosesi uzun çəkdi, çünki müəllif hüquqlarının qorunması ilə məşğul idim. Böyük təqdimat edəcəm, Türkiyədə çalışdığım prodakşının nümayəndələri də ora qatılacaqlar. Bakıya gəlməyi özləri istədilər. İkinci albom da hazırlayıram. Bura da isə heç yerdə səsləndirilməyən mahnılar olacaq".
Türkiyədə ev alması ilə bağlı söz-söhbətlərə isə G.İbrahimli belə cavab verib:
"Hələ ki, belə bir imkanım yoxdur. Amma gələcəkdə almaq istəyirəm. İndi Bakıdakı yeni evimlə və yaradıcı işlərimi həll etməklə məşğulam".