Röya: "Mən azad insanam, çərçivələrə düşməyi sevmirəm" - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 294
Səs ver:
(səs: 3)
 "Bakı 2015" Avropa Oyunlarının elçisi kimi o, ölkəmizə çox böyük töhfə verəcəyinə inanır. O, fəxr edir ki, Azərbaycana düşən bu yükün cüzi bir hissəsi olsa da, onun öhdəsindədir. Milyonların sevimlisi, Azərbaycan estradasında xüsusi, fərqli dəsti-xətti olan, əvəzolunmaz ifaları ilə ürəklərdə kök salan  Röya Ayxanla səmimi söhbətləşdik.

Müsahibə verən tanınmış ifaçı ilə qısa müddət ərzində çox şeylərdən danışdılar. Maraqlıdırsa siz də oxuyun:

- Ulduz səfirimiz özünü necə hiss edir?
- (gülür-red) Çox gözəl. Ulduz səfir olasan, özünü necə hiss edərsən ? Əla.

- Hazırlıqlar gedir, artıq çox az qalıb.
- 12 səfirdən biriyəm. Heç ağlıma gəlməzdi ki, mənə avarçəkmə düşə, istəyirdim voleybol olsun. Ancaq, sonra Elçin müəllim ilə tanış olduq, o hər bir şeylə məni tanış etdi. Və mən fəxr etdim ki, nə yaxşı mən məhz avarçəkmə üzrə ulduz səfir seçildim. Bütün dövlətlərdə bu cür ağır oyunların hazırlanması üçün çox uzun müddət gərək olur. Amma biz çox az müddətə hazırlandıq.  Cəmi 30 aya... Buna görə Mehriban xanıma, Cənab Prezidentimizə minnətdarıq. Bütün idmançılarımıza da uğur arzu edirəm. Qoy səsimiz həmişə yüksəklərdən gəlsin.

- Səsiniz tutulanda ilk qorxunuz nə oldu ?
- Səsim əslində tutulmadı. Sadəcə hiss etdim ki, mən istədiyim kimi oxuya bilmirəm. Mən o halda konsert vermişəm, heç bilirsiniz? İki ay bundan əvvəl konsert verəndə artıq səsim nasaz idi.

- Amma çox hiss olunmurdu...
- Yox-yox, sizə elə gəlir. Musiqiçilər və mən bunu çox yaxşı anlayırdıq. Sadəcə deyirdim ki, yəqin stressdən olub, keçib gedər. Amma demək ki, yox. Əsəbdən qışqırmışam, soyuq su içmişəm, səs telləri partlayıb.

- Oğlunuz Hüseynə hansısa qadağa qoymusuzmu?
- Yox. Bir söz deyim, vallah inanmayacaqsız. Hələ bu vaxta kimi ora getmə, bunu yemə, bunu demə qadağasını oğluma qoymamışam. Elə  bil ki, o böyük doğulub, balacalığa doğru gedir. Ona əlavə söz deməyə ehtiyac olmur. Mən onu necə görmək istəyirəmsə, elə görürəm.

- Bəs o sizə böyüyəndə "ifaçı olma, oxuma” qadağasını qoyarsa, o zaman necə olar münasibətiniz?
- Məncə o elə qadağa heç zaman qoymayacaq. Çünki Hüseyn sənətdən uzaqdı və onun başqa dünyası olduğuna görə, o bu sənətə hörmət də edəcək, sevəcək də... Bu sənət pozğun sənət deyil. Niyə axı, oğlum mənə qadağa qoysun?

- Ancaq bəzi müğənnilər hətta deyir ki, oğluma müğənni qız almaram.
- Boş-boş söhbətlərdi. Mənim oğlum ifaçı qız sevərsə, bu onun öz işi olacaq, evlənsə də, aldatsa da, boşansa da bu onun şəxsi həyatı olacaq, özü bilər. Ona görə Hüseyn rus və ingilis dilində oxuyur. Azərbaycan dilini onsuz da biləcək. Və o 3-cü sinifdən sonra xaricdə yaşayacaq. İnşallah planlarım belədir ki, oğluma tamam başqa dünya qura bilim.

- Hüseyni xaricə yollamaqda əsas səbəb nədir ?
- Çünki, mən istəmirəm oğluma məktəbdə desinlər "ay sənin maman müğənnidir? Belə-elə”... Bu gün mənim oğluma Rəfael və Coşqun sual verdilər ki, sənin anan kimdir. Bilirsiz nə cavab verdi ? Anam ATV-də işləyir. Nədir-nədir bir dəfə məni ATV-də efirdə görüb. O ya bağçada olurdu, ya da ki, hazırlıqda, mənə baxmaq imkanı olmurdu. Ən yaxşısı elə mənə baxmasın, onun öz arzuları və düşüncəsi olsun. Bir də o qələt edər mənə deyər ki, sənəti at.

- Həyatda sevgi bir dəfə olur, yoxsa Röya bir neçə dəfə sevə bilər ?
- Mən azad insanam, çərçivələrə düşməyi sevmirəm. Sevmək mənimçün həyatda hər dəfə ola bilər. Sevgi bir dəfə olmur. Hər il insan sevə bilər, çünki hər insanı fərqli sevirsən. Eyni cür sevgi olmur, sevmək olmur...

- Rəsmi boşanma olubmu ?
- Bəli, artıq rəsmi boşanmışam.

- Bəs ikinci evlilik barədə düşünürsüzmü?
- Bu barədə heç düşünməmişəm. Amma, bəlkə də xarici vətəndaş olsa, bu barədə düşünə bilərəm. Amma rəsmi evlilik barədə düşünmürəm. Bir evdə bir insanla yenidən yaşamaq... Nə bilim, heç düşünmürəm. Çünki əsəblərim yerində deyil. Mən bir dəqiqənin içində müxtəlif cür oluram. Mən çılğın adamam.

 

 

 

 

 

 

(səs: 3)
Şərhlər: 13
Baxılıb: 3 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri