Hər gün zorlanan, neft vedrəsində "təmizlənən" və satılan qadınlar - FOTOLAR

Müəllif: Miss_Oxatan
Şərhlər: 11
Baxılıb: 4 782
Səs ver:
(səs: 4)
Aylarla dünyanın ən təhlükəli terrorçu qruplaşması olan İŞİD-ın girovu oldular, seks köləsi kimi istifadə edilib, alqı satqı predmetinə çevrildilər, özlərindən dəfələrlə böyüklərin təcavüzünə, fiziki əzab-əziyyətə məruz qalıblar.

İŞİD-dan qurtula bilən yezidi qadınlar İraq, Suriya, Türkiyə ərazisindəki qaçqın düşərgələrində məskunlaşıblar. Kölə kimi satılan, ata-anasından ayrı düşən, intiharın astanasında olanlar başlırına gələnləri danışıblar. Onların dedikləri isə insanın qanını dondurur. Terrorçuların gənc qızların başına gətirdiklərinin bir neçəsini təqdim edirik".

Dalia 19 yaşındadır. İraqın şimalındakı Herdan kəndində terrorçuların əlində 9 ay girov olub. O, düz 7 dəfə terrorçular tərəfindən alınıb satılıb. "Liseydə son sinifdə oxuyurdum. Avqust ayının 3-də terrorçular kəndimizə hücum etdi. Hamı qaçırdı. Bizi bir yerə topladılar. Kişilərdən bir daha xəbər ala bilmədik.

Bizi gənclər və yaşlılar olamaqla iki qrupa ayırdılar. Telaferdəki bir məktəbi qul bazarına çevirmişdilər. Bir türkmən məni aldı. Onun həyat yoldaşı və 3 uşağı da var idi. Beş ay onun yanında qaldım. Bir gün Əbu Mustafa adlı biri məni onun əlindən aldı və Aymen adlı bir çeçen İŞİD əmirinə hədiyyə etdi. O, mənşə təcavüz etmədən öncə saçımdan tutub başımı bneftlə dolu bir qaba saldı. "siz kirlisiniz. biz sizi belə təmizləyirik" dedi. Üç gün təcavüz etdi. Daha sonra başqa bir yezidi qızla məni dəyişdi. Əbu Salih də mənə təcavüz edib yenidən çeçen əmirə göndərdi. 10 gün sonra məni ona hədiyyə edən Əbu Mustafa gəldi və ona "mən bu qızı sənə cariyyə kimi verdim. Dəyişmək üçün yox. Onu mənə geri ver" dedi. Bundan sonra məni İzam adlı mosullu bir kişiyə satdılar. O da hər gecə məni zorlayırdı".

Dalianın başına gələnlər bununla bitməyib. Bir ay sonra o başqa bir terrorçuya satılıb. İŞİD-çı ondan bezdikdən sonra qızı həkimə bağışlayıb. Lakin dəyişən heç nə yox idi. Hər gün zorlamanlar burada da davam edib.

"Bir gün ölümü gözə alıb gecələr onunla birlikdə olmayacağımı dedim. Kəndə nəzarət edən İŞİD-mı bunu eşittdi. Mən başıma gələnləri ona danışdım. O da məni bir ərəbə satdı. Bu ərəb məni əvvəll Kərbala, sonra Bağdada göndərdi və polislərə təhvil verdi. Atam məni polisdən təhvil almağa gələndə sanki uçurdum".

20 yaşlı Leyla da İŞİD əzab əziyyətinin hər bir üzünü görüb. Avqustda girov düşən Leylanın anası, bacıları qardaşı hələ də terrorçuların əlindədir.

"Telefonlarımızı, qızıllarımızı, hər şeyimizi aldılar. Gənc qızları Mosula apardılar. Rakkada terrorçular gəlib bəyəndikləri qızları alırdılar.

Aylarla bir neçə nəfərə satılaraq onların təcavüzünə məruz qaldım. Dəfələrlə intiharı düşündüm. Bir gün qaldığım evdə heç kim olmayanda əmimə zəng etdim. O, Raqqada tanışı olduğunu və məni xilas etməyə çalışacağını dedi. O, şəxs məni motosikletlə Türkiyəyə apardı. Qaçaq yollarla sərhəddi keçdik. Urfada əmimlə görüşdüm".

26 yaşlı Selma İŞİD-ın əlinə düşəndə 4 yaşlı oğlu olub. O, ikinci dəfə hamilə idi. Qızını belə satıldığı evdə dünyaya gətirib. "Uşağım olandan sonra 2600 dollara başqa birinə satıldım. Daha sonra 4000 dollara hələbli kişi məni aldı. Orada bir telefon tapıb ərimə zəng etdim. O 20 min dollar taparaq bizi terrorçuların əlindən xilas edə bildi".

Bahar 15 yaşında başına gələ biləcək bütün dəhşətləri yaşayıb. O, yaxın qohumları olan gənc qızlarla ərəb bir İŞİD-çının evində girov olub. "Adam hər gün üçümüzü də döyür, taciz edirdi. Həyat yoldaşı bizə kömək etməyə çalışırdı. Bizə deyirdilər ki, yezidilər kafirdir. Ona görə qadınlar İŞİD-çıların malıdır. Bir gün cihada getdiyini deyib bizi bir tanışının evinə qoydu. Burada olan yezidi qızın əmisi dördümüzü də xilas edərək Türkiyəyə keçirdi.

 

 

 

(səs: 4)
Şərhlər: 11
Baxılıb: 4 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri