Azərbaycanlı aktrisa nikahdankənar körpəsinin fotolarını yaydı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 3 022
Səs ver:
(səs: 3)
"Demişdim ki, DNT testi etdirəcəm”.

Nikahdankənar hamiləliyi ilə gündəmə gələn aktrisa Türkan Əliyeva övladını ilk dəfə üzə çıxarıb.

Övladının fotolarını təqdim edən aktrisa oğul anası olduğunu bildirib:

"Artıq 3 aydır ki, ana olmuşam. Övladımın adını anam Amin qoydu. Allaha şükür ki, övladım  sağlamdır. Hazırda mənim üçün ən vacib olan budur. Hamilə olduğum zaman bildirmişdim ki, uşağın atasının kim olduğunu hamının bilməsi üçün verilişlərin birində DNT testi etdirəcəm, Amma fikrimi dəyişdim. Uşağın atası çox yaxşı bilir ki, övladımın atası odur. Tez-tez olmasa da, oğlu ilə maraqlanır, gəlib görür. Biz ayrılsaq da, ata kimi övladıma qayğı göstərir.  DNT testi etdirməyəcəm. Uşağımı incitmək istəmirəm. Övladımla gündəmə gəlmək fikrim yoxdur, artıq sənətimlə məşğul olacam”.

Qeyd edək ki, Türkan Əliyeva "ATV”də yayımlanan "Qız yükü” serialında rol aldığı yataq səhnəsi ilə tanınmışdı.

 

 

 

(səs: 3)
Şərhlər: 14
Baxılıb: 3 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri