Məşhur pop kral Michael Jacksonun qızı Paris Jackson bu günlərdə paylaşdığı şəkillə, yeni imiciylə olduqca çox diqqət çəkdi. İndi 17 yaşında olan Paris pop kralın qızı kimi belə bir imici təcrübədən keçirdiyini bildirdi. Saçlarınının bir qismini qırmızıya boyayan Parisin rok stili geyimi, tünd rəngli makiyajı və qolbaqları izləyicilər tərəfindən çox bəyənildi.
Onu da qeyd edək ki, yeni imicini paylaşdığı şəkildə sevgilisi futbolçu Chester Castellaw da eynilə onun kimi rok stilli imicdədir. Cütlük İnstagramda hələ aprel ayının əvvəllərindən birlikdə olduqlarını göstərən şəkillərini paylaşmışdı.