22-28 Senyabr 2015-"Apokalipsis!"

Müəllif: Miss_Oxatan
Şərhlər: 14
Baxılıb: 2 266
Səs ver:
(səs: 5)
Bir çox elmi populyar bloqlarda dünyanın sonunun bu payız ola biləcəyi yazılıb. Bu tarix 22-28 sentyabr ola bilər.

"Mirror” yazır ki, bu nəzəriyyənin müəllifləri hesab edirlər ki, üç aydan sonra yer nəhəng meteoritlə toqquşacaq. Nəticədə bütün canlı aləm məhv olacaq.

Kosmik sahəsində özlərini ekspert adlandıran şəxslər isə düşünürlər ki, Apokalipsisin tezliklə ola biləcəyi haqqında Bibliyada da qeyd edilib. Onlar düşünürlər ki, meteorit zərbəsindən sonra yeddi illik sükut başlayacaq.

NASA isə bu məsələyə bir az başqa nöqteyi-nəzərdən yanaşır. Alimlər iddia edirlər ki, asteroidlərin böyük hissəsi atmosferdə yanır. Bu bizim planetin müdafiə təbəqəsidir.

"Bizim hesablamalarımıza görə, yaxın bir neçə yüz ildə Yer üçün heç bir təhlükə yoxdur – yəni hər hansı nəhəng kosmik cismlə toqquşma gözlənilmir”.
Kosmik agentliyin nümayəndəsi deyir ki, həmkarları ilə daima toqquşma riskini minumuma endirmək üçün yeni texnologiyalar üzərində iş aparılır.

Qeyd edək ki, bu dünyanın sonu ilə bağlı səslənən ilk təxmin deyil. Belə ki, ən son ABŞ-dan olan rahib Harold Kempink Apokalipsisin 2015-ci ilin 21 mayında olacağını deyirdi. Onun dediklərini bir çox həmkarı da dəstəkləyirdi. İndi isə onlar iyun ayına kimi necə gəlib çıxdıqlarına təəccüblənirlər.
(səs: 5)
Şərhlər: 14
Baxılıb: 2 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri