Nazənin: "Təranə Qumralın ərimə intim mesajları..." - MÜSAHİBƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 16
Baxılıb: 4 750
Səs ver:
(səs: 4)
Müğənni Nazəninin mətbuata sonuncu dəfə müsahibə verdiyi bəlkə özünün də yadından çıxıb. Elə bu dəfə də sualları cavablandırmaqdan mədəni formada boyun qaçırmağa çalışırdı. Amma...

Sənətçi müsahibəsində həmkarı Xatunun onu parodiya etməsindən, müğənni Təranə Qumralla həyat yoldaşının münasibətlərindən və digər maraqlı məsələlərdən danışıb.

- Nazənin xanım, yaradıcılığınızda hansı yeniliklər var?
- İldə bir mahnı oxuyuram, maşallah, hit olur. Bu il də iki mahnı oxumuşam.

- Müəllifi kimdir?
- Biri Cabbar Musayevin, digəri Asif Məhərrəmovun bəstəsidir. Hər ikisi çox gözəl mahnılardı. Cabbar Musayevin mahnısını aranjmana vermişik. Əgər bu gün axşam studiyada yer olsa, ifa edəcəyəm.

- Ritmik mahnılardır?
- Biri həzindir, digəri ritmik.

- Niyə ildə iki, üç yox, məhz bir mahnı?
- Söhbət hit olan mahnıdan gedir. Nadir Əzimovun "Gəl xoşbəxt olaq" adlı mahnısı üzərində işləyirəm. Hazırda bir özbək müğənnisinin ifa etdiyi mahnını da hazırlayıram.

- Hansı müğənnidir?
- Adını çəkmək istəmirəm. Çox kövrək melodiyası var. Meyxanaçı Mehman Əhmədliyə demişəm ki, bir adam tapaq, sözlərinin mənasını tərcümə etsin. Əgər Azərbaycan sözləri ilə düz gələrsə, ifa edəcəyəm.

- Meyxanaçılarla münasibətiniz çox yaxşıdır. Meyxana hara, xanım müğənni hara?
- Meyxananı Ağamirzə, Kərimlə çox istəmişəm.

- Meyxana həvəskarısınız?
- Həvəskarı deyiləm, o insanları çox istədiyimdən bu sənətə marağım artıb. Amma özümün meyxana demək bacarığım yoxdur. Meyxananın hər kəlməsi bir hikmətdir. Ona görə meyxanaçılara daha çox qulaq asıram. Meyxanaçılar böyük istedad sahibləridir. Çünki bədahətən gələn sözlər deyirlər.

- İndiyə kimi sizi parodiya edən aktyor olub?
- Etməyiblər. Amma aktyor aktyordu, parodiya onun sənətinin bir hissəsidir.

- Deyəsən, həmkarınız Xatun sizi parodiya edib...
- Xatun məni istədiyindən parodiya edib.

- Alınıb?
- Bunu tamaşaçılar deyə bilər. Mən heç bir oxşarlıq görmürəm. O da yazıqdır, əziyyət çəkir, mahnı sözü öyrənir, səhərə qədər yatmır.

- Bu, kinayədir?
- (gülür) Necə istəyirsinizsə, elə də qəbul edin. Amma kinayə deyil. Onun da əməyini qiymətləndirmək lazımdır. Məni parodiya etmək asan deyil axı. Efir qarşısında gözləyir ki, görəsən bu nə oxuyacaq, səhər tez durum, güzgü qarşısında məşq edim. Hərənin öz işi var da. Mən mahnılarımla sevilirəm.

- Xatun da parodiyaları ilə?
- Parodiya başqa şeydir, insanları təhqir etmək tamam başqa.

- Sizcə, bu təhqirdir, yoxsa parodiya?
- Məni parodiya etməsə, ondan inciyə bilərəm. Düşünərəm ki, məni istəmir. O, məni istədiyindən parodiya edir. Görün nə qədər əziyyət çəkir. Söz əzbərləyir, güzgü qarşısında məşq edir, ağzını, burnunu əyir, özünü neçə cildə salır. Bu, asan iş deyil.

- Bəs bütün bunlardan sonra nəsə alınırmı?
- (gülür) Onu siz deyin.

- Mən deyə bilmərəm.
- Mənə yüzlərlə insanlar zəng vurur ki, o, səni parodiya edə bilmir. Amma hörmətlə yanaşıram. Bəs biz onun əziyyətini qiymətləndirməyək?

- Aparıcı kimi də fəaliyyətiniz var. Bu, sizin debütünüzdür?
- Bir çox rayonlarda dövlət tədbirlərinin aparıcısı olmuşam. Sumqayıtdakı "Dünya" televiziyasında yayımlanan "Naz ilə" verilişinin aparıcısıyam. Təklif mənə telekanaldan gəldi. Mən də tərəddüdlə hə dedim. Amma çox təkid elədilər, razılaşdım.

- Müğənnilərin bəziləri kanallara pul ödəyib veriliş aparırlar. Siz də telekanala pul ödəyirsiniz?
- Yox, Allaha and olsun elə deyil, ödəmirəm. Təbii ki, verilişin sponsorları var. Maliyyə məsələlərindən xəbərsizəm. Əgər pul verirəmsə, bütün respublikaya yayımlanan telekanallarda veriliş açaram da.

- Toy qiymətlərini qaldırmısınız...
- Bəli. qaldırmışam. Niyə də qaldırmayım? Görürəm ki, toya gedib mənim mahnılarımı oxuyurlar. Sonra deyirlər guya mən yalvarıram ki, mahnımın minuuslarını verim, reklam edin. Məni parodiya ilə reklam etmək nə dərəcədə düzgündür?

- Söhbət yenə gəlib çıxdı Xatunun üzərinə...
- Deyirlər mənim və Könül Kərimovanın minnəti olsun ki, bizi reklam edirlər. Bizim mahnıları hər yerdə bilirlər. Belələri uğurlarımızı gözü götürməyənlərdir. Biz, sadəcə, gülürük. Deyirik ki, yazıq ora-burasını əyir, mahnı öyrənir. Qoy eləsin.

- Bu barədə Xatuna şəxsən irad bildirmisiniz?
- Mən nəyinə irad bildirim? O bizimlə çox yaxın olub, çörək kəsmişik. Əgər parodiya etmək istəyirdisə, mənim süfrəmin başında edərdi. Mən də ona düz yol göstərərdim. Hətta deyərdim ki, bu cür et, Nazənin olacaqsan. Bu daha yaxşı olardı, nəinki qərəzli şəkildə kiminsə fitvasına gedib klounluq etmək.

- Mətbuata son zamanlar nadir hallarda müsahibələr verirsiniz...
- Heç kimə müsahibə vermirəm.

- Amma tez-tez sizinlə, yaxınlarınızla bağlı materiallar dərc olunur. Bəlkə qaçdığınıza görə mətbuat sizi "tutmağ"ın yolunu bu cür tapıb?
- Bəlkə də. Bunlar sifarişlə yazılan şeylərdir. Həmin jurnalistlərə baş qoşmuram, heç nə də demirəm.

- Kimin sifarişidir?
- Hər kəsə məlumdur. Məni çəkə bilməyənlərin.

- Təranə Qumralla münasibətləriniz gərgindir. Onu nəzərdə tutursunuz?
- Uğurlarımı həzn edə bilməyən insanlar var.

- Söhbət Xatundan gedir?
- Yox, Xatun, sadəcə, onların "tırka"sına gedir.

- Təranə Qumralın?
- Bəli. O, hələ duza gedir. Ona görə istəyirəm axırıncı mahnılarımı da göndərim ki, hazırlaşsın. Məni parodiya etməsə, inciyərəm.

- Xatun uşaq deyil axı. Niyə o, Təranə Qumralın fitvasına getsin?
- Mahnılarımı toylarda oxuyub, çörək qazanan insan efirdə deyir ki, niyə onların mahnılarını oxumalıyam, öz mahnılarıma nə gəlib? Amma mənim və Könül Kərimovanın mahnılarını toyda oxumağının görüntülərini göndəriblər. Toyda "sex" müğənnisi kimi gedib oxuyur.

- Toya getmək ayıbdır? Siz də toya gedirsiniz də.
- Təbii ki, mən də gedirəm və bu ayıb deyil. Bəs niyə toylarda mənim mahnımı oxuyanda yamsılaya-yamsılaya oxumursan? Sən axı bizim mahnılarımızı oxuyub çörək qazanırsan. O çörəyi evinə halallıqla apar da. Sonra da deyirsən ki, özləri yalvarır.

- Onda belə çıxır ki, Təranə Qumralla Xatunun münasibətləri yaxşıdır?
- Allah bir az da yaxşı eləsin. Özləri bilər, mən o işlərə qaırşmıram. Mənə özümdən üstün səviyyədə olan insanlar maraqlıdır. Başımı aşağı salıb ailəm və uşaqlarımla məşğulam.

- Bir müddət öncə belə bir məlumat yayıldı ki, Təranə Qumralla həyat yoldaşınızın mesajlaşmaları üzə çıxıb. Həmin mesajları oxumuşdunuz?
- Hamısını oxudum.

- Nələr idi? Açıq-saçıq, intim nəsə var idi?
- Təbii ki. Təkcə mesajlar deyil, görüşdüyü yerlər də var idi.

- Təranə Qumralla barışmağınız mümkündür?
- Xeyr.
(səs: 4)
Şərhlər: 16
Baxılıb: 4 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri