"Qadın kişisiz, kişi qadınsız heç kimdir. Qadının həyatda kişisiz, tək qalması günahdır. Eləcə də kişinin”.
Bu sözləri aparıcı Vüsalə Əlizadə "Gün üzü” verilişində deyib. O, ailədə kimin daha çox fədakarlıq etməsindən danışıb:
"Ailə dağıldıqdan sonra hər iki tərəf müəyyən müddət hisslərini cilovlaya bilər. Amma həyatını qaydaya saldıqdan sonra yenidən ailə qurmalısan. Çünki valideyni itirirsən, övladın ailə qurur. Sən tək qalmamaq üçün bu addımı atmalısan. Qadınlar istəyirlər ki, övladı yad kişi yanında böyüməsin. Buna görə də əksər hallarda ikinci dəfə gec ailə qururlar. Ailədə problem varsa, bunu iki tərəf danışaraq çözməlidir. Kənardan kiminsə müdaxiləsi olmamalıdır. Kişi də, qadın da ailəyə can qoymalıdır”.