Çoxlarının ideal hesab etdiyi cütlük, rəqqasə Oksana Rəsulova və reper Elşad Xose cütlüyünün ayrılmasından illər keçir. Ancaq hər iki tərəf hələ də evlənmək barədə düşünmürlər. Bu onların bir-birinə olan sevgisindənmi, ya hörmətindənmi irəli gəlir, onu bilmirik. Ancaq Oksana Rəsulova müsahibə verən zaman Elşad Xose ilə bağlı fikirlərini bizimlə də bölüşmüşdü. Xoseni həyatının ən böyük məhəbbəti hesab edən Oksana bu sevginin bitdiyini söyləsə də, gözlərində gördüklərimiz tamam fərqli görüntü idi. Uzatmadan Oksana Rəsulovanın dediklərini diqqətinizə çatdırırıq:
"Həyatımın ən böyük məhəbbətini itirəndən sonra, uzun müddət depressiya yaşadım. Düzdü, biz Elşadla dost kimi ayrıldıq. Ayrılıq səbəbini də heç kəsə deməmişik, demərik də... Ayrılmaqda günah ikimizdə də olub. Peşman deyiləm. Yenə olsa, yenə eyni şeyi edərdim. Bir-birinə pis söz deməmişik, demərik də... Mən demərəm sevgi əbədi deyil, sevgi əbədi ola bilər. Ancaq hisslərin soyuması olur. Təzə münasibətə girməkdən qorxmuram, sadəcə istəmirəm, sevgidən incimişəm. Elşadla barışmağımız isə milyon faiz mümkün deyil".