Kanadada Böyük Britaniya taxtının varisi, balaca şahzadə Georginin bənzəri tapılıb.
Bu yaxınlarda sosial şəbəkələrdə Con adlı körpənin şəklinin yayılması böyük marağa səbəb olub. Conla Georginin oxşarlığının üzə çıxmasının isə maraqlı tarixçəsi var.
Belə ki, balaca şahzadəyə bənzərliyini Con özü aşkar edib. O, marketlərdən birində üzərində Georginin şəkli olan jurnalı görüb və "Ana, bu mənəm” deyə qışqırıb.
İndiyədək övladlarının şahzadəyə bənzərliyindən xəbərsiz olan valideynlər Conla Georginin oxşarlığını bu zaman kəşf ediblər.