Biabırçı xəyanət: Həm özünün, həm də qardaşının arvadı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 31 473
Səs ver:
(səs: 7)
Sevgilisindən hamilə qalan qadın saxta imza ilə abort etdirib. Əri isə həm özünün, həm də qardaşının aldadıldığını öyrənib. İki qadının əlaqədə olduğu kişilərin əmi oğlu olduğu məlum olub.

İstanbul Esenyurtda dəhşətli xəyanət hadisəsi baş verib. İddiaya görə, həyat yoldaşını aldadan qadın sevgilisindən hamilə qalıb. Ərinin imzasını təqlid edib abort etdirib. Əri isə məntiqsiz xəyanəti bir telefon danışması sayəsində öyrənib. Sürücü işləyən ər Z.B. qardaşı AB-nin həyat yoldaşının yaşadığı qadağan eşq sayəsində arvadı ilə bağlı həqiqəti öyrənib. Əvvəl 4 uşağının anası, 17 illik həyat yoldaşı CB-dən boşanmaq üçün məhkəməyə müraciət edib. Ardından da abort əməliyyatı səbəbi ilə xəstəxanaya, həkimə, yoldaşına və yoldaşının sevgilisinə 470 min lirəlik təzminat iddiası açıb. Z.B. keçən il verdiyi ifadədə "Qardaşım AB, bir gün yoldaşını telefonda biri ilə danışarkən tutub. Telefondakı adam, yoldaşına "CB uşaq aldırdı hər gün çıxır, sən niyə çıxmırsan?”,- deyib. Qardaşım yoldaşını sıxışdıraraq həm özünün, həm də mənim aldadıldığımı öyrənib. Birlikdə olduqları kəslər də əmi uşaqları imiş",- deyib. Polisə ifadə verən yoldaş C.B. isə " Bir anlık düşüncə ilə əlaqəm olub. Yoldaşımla birlikdə yaşamaq istəyirəm",- deyib.
(səs: 7)
Şərhlər: 12
Baxılıb: 31 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri