Müğənni İradə İbrahimova hamiləlik fotosunu paylaşıb.
Sənətçi hamiləliyinin son aylarını yaşadığını vurğulayıb:
"Allah bu aylarda hamilə olan xanımlarımıza kömək etsin. Yayı xeyirlisi ilə başa vursaq, yaxşı olacaq. Son və çətin aylarımıza girdik. Allah kömək olsun. Dualarınıza ehtiyacım var. Bilirəm ki, əsirgəməyəcəksiniz. Mən də dualarımda ana olmaq istəyənləri unutmuram. Deyilənə görə, hamilə qadınların duasını Allah eşidir”.
Qeyd edək ki, Ceyhun İzer adlı türkiyəli iş adamı ilə ailə quran İ.İbrahimovanın İpək adlı bir qızı da var. İstanbulda yaşayan ifaçı oğlu olacağını demişdi.