Ulduzların məşhur bacı və qardaşları - siyahı+fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 515
Səs ver:
(səs: 1)
Onların nə qədər uğurlu karyeraları və işləri olsa da, hər zaman bacı və qardaşlarının kölgəsində olublar.

Jurnallarda, tanınmış saytlarda çox nadir hallarda görünürlər.

Bəzi ulduzların tanınmış bacı və qardaşları haqda məlumatı təqdim edirik.



Akyor Bred Pitin qardaşı Duqlas Pitt - ABŞ-ın tanınmış biznesmenlərindən biridir, xeyriyyə fondlarının təşkili ilə məşhurdur.



Aktrisa Nikol Kidmanın bacısı Antonia Kidman - Avstraliyanın məşhur aparıcısı və jurnalistidir.



Aktrisa Ancelina Colinin qardaşı Ceyms Heyven - bir neçə filmdə rol alıb.



Aktrisa Emma Uotsonun qardaşı Aleks Uotson - hələlik "Harri Potter" filmində epizodik rolda çəkilib.



Aktrisa Skarlet Yohansonun əkiz qardaşı Hanter Yohanson - bacısı ilə bir yerdə film karyerasına başlayıb. Daha sonra siyasətçi olan Hanter hazırda ABŞ prezidenti Barak Obamanın komandasında çalışır.



Aktyor Tom Kruzun bacısı Li En Devet - tanınmış publisistdir. Bir müddət qardaşının mətbuat xidmətinin rəhbəri olub.



Aktrisa Penelopa Kruzun bacısı Monika Kruz - aktrisa kimi bacısından az məşhur deyil. Dizaynerlik və rəqqasəliklə də tanınır.



Aktyor Cud Lounun bacısı Nataşa Lou - qrafik dizayner və rəssam kimi yetərincə uğur qazanıb.



Aktyor Robert Pattinsonun bacıları Lizzi və Viktoriya. Lizzi müğənnidir, "X Factor" şousunda da iştirak edib. Hətta "Alaqaranlıq" filminin saundtreklərindən bir neçəsini səsləndirib. Viktoriya isə biznes-ledidir.



Aktyor Eşton Katçerin əkiz qardaşı Maykl Katçer - uşaq vaxtı keçirdiyi ağır xəstəliyə görə hazırda iflic uşaqlar üçün pul yığan fondda çalışır.



Müğənni Cennifer Lopezin bacısı Linda Lopez - tanınmış telejurnalistdir. Ly-Lo adıyla tanınan Linda hətta "Emmi" mükafatını qazanıb.



Aktyor Kolin Fertin qardaşı Conatan Fert - teatr aktyorudur.

(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri