Röyanın konsertində baş verənlər - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 408
Səs ver:
(səs: 2)
Abbasın pul hədiyyəsi, oğlunun sevgi etirafı...

Müğənni Röya Ayxanın "Yaşıl Teatr”dakı solo konserti baş tutub.

Səhnəyə ağ geyimdə və rəqqaslarla birlikdə çıxan ifaçı ilk olaraq "Sultanım” mahnısını səsləndirib.

Daha sonra səhnəyə Röyanın oğlu çıxaraq ona gül verib və sevgisini etiraf edərək "Anamı çox sevirəm. Kim onu çox istəyir?” deyə mikrofonu tamaşaçılara uzadıb. İfaçı mahnılarıyla yanaşı, tamaşaçılarla söhbəti ilə də yadda qalıb. O, bir müddət əvvəl xəstələndiyini deyib:

"Xəstələnmişdim. Belə böyük problemim yoxdur, sadəcə əsəbiyəm. Gözəl bir insanla - həkimlə tanış oldum. Həyatımızda elə insanlar var ki, onları pulla almaq olmur: həkimlər, əsgərlər və dövlət işçiləri. Onların qarşısında baş əyirəm”.

Konsertdə mahnının sözlərini tez-tez unudan Röya "Bircə problemim var, mahnının sözlərini unutmasaydım” deyib.

Röya oğlu Hüseynin səhnəyə çıxıb onu öpən azyaşlı pərəstişkarlarını qısqandığını bildirib:

"Hüseyn onları görüb qısqanır. "Ana, mən gəlim?” deyə soruşur”.

İfaçı gecədə bir çox mahnısını papuri şəklində oxuyub. O, sözləri Leyliyə, musiqisi Hakan Erola aid olan "Səni yox” adlı yeni mahnısını da ilk dəfə səsləndirib. Tamaşaçılarla ən gözəl anlarını bölüşən R.Ayxan xoşbəxt olduğunu etiraf edib:

"Mən xoşbəxtəm. Qadını kişi sevə bilər. Amma bir qadını xanımın sevməsi böyük işdir. Sizi sevirəm”.

Gecənin maraqlı anlarından biri də əməkdar artist Abbas Bağırovun səhnəyə çıxaraq Röyaya zərfdə pul verməsi olub.

R.Ayxan gecədə ağ və qırmızı rəngli iki libas dəyişib.

Qeyd edək ki, növbəti konsert bu gün baş tutacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri