Azərbaycanda daha bir gəlinin evdən qaçması faktı qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini Nərgiz Qasımova 2 yaşlı qızı Ruhəngiz ilə birlikdə ərini və onun valideynlərini aldadıb, evdən qaçaraq Türkiyədəki sevgilisinin yanına yollanıb.
N.Qasımovanın həyat yoldaşı Fərəc Qasımov məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı fevralın 12-də qızını
götürərək, xalasıgilə gedəcəyini və 2 gün orada qalacağını deyib. 1
gündən sonra isə məlum olub ki, gəlin uşağı ilə birlikdə "Facebook"da
tanış olduğu Türkiyə vətəndaşı Dəniz Əmrənin yanına - Konyaya qaçıb.
F.Qasımov bildirir ki, həyat yoldaşı 1 il imiş ki onu aldadırmış:
"Nərgizlə 2011-ci ildə ailə qurmuşuq. O, rayon məktəbində ibtidai
siniflərə ingilis dili dərsi deyirdi. Başıbağlı, namazqılan xanımdır.
"Facebook"da Nərmin Əliyeva adı ilə qeydiyyatdan keçdiyini bilirdim.
Dəfələrlə baxmışdım, dini müzakirələrə qoşulurdu. Ona görə də bir söz
demirdim. Hətta evə kişi qohumlarımız gələndə, qarşılarına çıxmırdı ki,
namərhəmdilər. Fevralın 12-də mənə dedi ki, işdən çıxıb, qızımızı
bağçadan götürüb, kənddə xalasıgilə gedəcək. Razılaşdıq. 13-ü gecə zəng
edib hal-əhval tutmaq istədim. Xalası dedi ki, onlara gəlməyib. Sonra
qardaşına telefon açdım. O da bacısını görmədiyini bildirdi. Gecə səhərə
qədər axtardıq. Telefonu da söndürülmüşdü.
Fərəc Qasımov və Nərgiz Qasımova
Sonra onun dəftərlərinin birindən "Facebook" ünvanının parolunu və
adını tapdım. Daxil olub yazışmalarını oxudum. Məlum oldu ki, Dəniz Əmrə
adlı türk vətəndaşı ilə yazışırmış. Fevralın 10-dan 13-nə qədər olan
yazışmaları oxuya bildim, ondan əvvəl olanları silmişdi. Oğlan ona
fevralın 11-də 600 türk lirəsi, yəni 320 manat göndərib ki, təyyarəyə
bileti alsın. Nərgizin başqa yazışmalarını da oxudum. 2015-ci il iyulun
13-də "ASAN" Xidmətin onlayn operatoru ilə danışıb, Türkiyəyə getməyin
hüquqi yollarını öyrənmək istəyib. Bu da onu göstərir ki, bütün işləri
əvvəlcədən palanlaşdırırmış".
F.Qasımovun sözlərinə görə, həyat yoldaşı məqsədinə çatmaq üçün
onlara əvvəldən kələk gəlib: "Anama deyirdi ki, Türkiyədə ingilis dili
müəlliminə 2500 manat əməkhaqqı verirlər. Qızımızın üzü və sinəsi isti
sudan yanmışdı. Anamı aldatdı ki, sən Türkiyədə uşağa baxarsan, mən də
işləyib, qızı müalicə etdirərəm. Razılaşdıq ki, mən Lənkəranda
qalacağam, onlar üçü - anam, qızım, yoldaşım Türkiyəyə gedəcək. Qızımın
anası ilə gedə bilməsi üçün notariusda təsdiqlənən razılıq ərizəsi də
verdim. Təxminən bir aydan sonra dedi ki, bəs öyrənmişəm, orada vəziyyət
pisdir, daha pul qazanmaq mümkün deyil. Sən demə, məqsəd uşağı özüylə
aparmaq üçün rəsmi sənəd əldə etməkmiş".
Qızları Ruhəngiz Qasımova
Aldadılan ər Nərgizin əvvəl 2 məktəbdə dərs dediyini, daha sonra isə
evə xəbər etmədən məktəblərdən birindəki işindən çıxdığını deyir:
"Sonradan xəbər tutduq ki, ikinci məktəbdən çıxıb, bizə məlumat
verməyib. Hər gün evdən çıxıb axşam 5-də gəlirdi. Öyrəndik ki, gizlicə
türk dili kursuna yazılıb. Türkcə çox yaxşı danışırdı".
Qasımovlar ailəsi
Beləliklə, N.Qasımova bu neçə müddət ərzində sənədlərini qaydaya
salıb və türkiyəli virtual sevgilisinin göndərdiyi pulla bilet alaraq
ölkəsindən qaçmağa nail olub: "Fevralın 14-ü Bakı aeroportunda qızımın
şəklini çəkərək, "Facebook"a qoyub. Oğlana da yazıb ki, qorxumdan
bədənim əsir. Qaçandan iki gün sonra yazdığım mesajlara cavab verdi.
Dedim ki, qayıt rəsmi boşanaq, uşağı da ver mənə çıx get. Çünki ondan
ana olmaz. Dedi, heç vaxt boşanmayacağam".
Nərgiz Qasımovanın Türkiyədəki sevgilisi Dəniz Əmrə
F.Qasımovun anası Səadət Qasımovanın verdiyi məlumata
görə, gəlinləri artıq Türkiyədən qayıdıb: "Öz ailəsinin təkidi ilə
Azərbaycana gəlib. Lənkəran Şəhər Polis İdarəsində ifadə verib. Bildirib
ki, guya oğlum Fərəc narkomandır, ona görə də qaçıb. Guya oğlum onu
döyürmüş. Amma hamısını yalan deyir. Oğlum siqaretdən başqa heç nə
tanımır. Nə içir, nə çəkir. Yalandan oğlumu şərləyir. Ondan bizə gəlin
olmaz daha. Hara istəyir getsin, amma nəvəmizi bizə versin getsin".
S.Qasımova oğlunun boşanması ilə bağlı məhkəməyə müraciət etdiklərini
bildirib: "Artıq məhkəməyə vermişik. Ondan ana olarmı? Nəvəmizin ondan
alınıb, bizə - layiqli ailəsinə verilməsini tələb edirik".