Xoşqədəmdən Eldara sərt cavab: Bu, əsgərlərimizə hörmətsizlikdir

Müəllif: Antikvar
Şərhlər: 14
Baxılıb: 2 417
Səs ver:
(səs: 2)
Aparıcı Xoşqədəm Hidayətqızı "Eurovision 2011" qalibi Eldar Qasımovun yayımladığı "Sülh şəraitində yaşamaq istəyirik" fikrinə sərt reaksiya verib. 
Aparıcı müğənniyə ismarış göndərib:
"Günah bu uşaqda deyil, ona Qarabağ həqiqətlərini anlatmayan valideynlərindədir. Günah onun fikirlərini önəmli sayaraq, tirajlayan bizdədir. Mən təklif edirəm ki, zamanında min bir yolla əsgərlikdən yayınaraq, indi vətəndən danışanların açıqlamalarını yaymayın. Bu, şəhidlərimizin ruhuna, cəbhədə qəhrəmancasına döyüşən əsgərlərimizə hörmətsizlikdir. Ən azı haqq davamız bitənə qədər bunları gündəmə gətirməyək. Bu uşağı tanıyan biri varsa, ona zəng edib desin ki, səni dünya vətəndaşı edən Azərbaycandır. Əxlaqsız Kim Kardaşyana bax, necə kampaniya aparır. Sən də sosial şəbəkələrdə kampaniyalara qoşul. Dünyaya car çək ki, atəşkəsi şərəfsiz ermənilər pozub. Mülki əhalinin yaşadığı məntəqələri atəşə tutublar. Bundan sonra da layiqli cavablarını alıblar. 
İnanın, əsəbdən nə yazıram, bilmirəm. Görəsən, bu tip insanlar bilir, torpaq itkisi nə deməkdir? Ürəyim partlayır, bu vəziyyətdə olmasam, indi cəbhə bölgəsində idim. Məgər biz bu günləri gözləmirdik? Biz torpağımız üçün ölümə də gedərik. "Əmr verin, cənab prezident" demirdikmi? Azərbaycanın qəhrəman ordusu, Allah sizi qorusun. Biz ölmədən bizə qələbə sevinci yaşadın. Allah yardımcınız olsun".
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 2 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri