Açıq-saçıq səhnədə oynamış azərbaycanlı aktrisa: Nişanlımı düşünməliyəm - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 4 105
Səs ver:
(səs: 1)
Aktrisa Pərvin Abiyeva rol aldığı "Gecə qonağı" filminin açıq-saçıq səhnələrə görə tənqid olunmasına münasibət bildirib.
Aktrisa  tənqidləri normal qarşıladığını deyib: "Film televiziyada yayımlandıqdan sonra insanlar tərəfindən tənqid olundu. Kinoteatra gedə bilməyən tamaşaçılar da  izlədiyi üçün bəzi səhnələr səs-küy yaratdı. Tənqidlərin olması normaldır, deməli obrazımın öhdəsindən gələ bilmişəm. Mən orada özümü deyil, həyatdan götürülmüş obrazı canlandırmışam. Teleaparıcı, müğənni işini necə yaxşı görürsə, aktrisa olaraq mən öhdəmə düşən işi müvəffəqiyyətlə başa vurmaq istəyirəm. May ayında "Gecə qonağı-2" filminin çəkilişlərinə başlayacağıq.   Bu dəfə Zara obrazını izləyicilər tam fərqli biri olaraq görəcəklər. Sevgi, başına gələn hadisələr onu dəyişib.
Onu da deyim ki, bu günə kimi mənfi və müsbət obrazlar canlandırmışam. Düşünürəm ki,  mənfi obraz oynayanda içimdəki kini, nifrəti çıxarıram. Müsbət obrazlar isə mənə görə, bir qədər səmimi deyil,  kefin olmayan zaman pozitiv insanı canlandırırsan".
Abiyeva  nişanlısının "Gecə qonağı" filmindəki Zara obrazına olan münasibətindən də bəhs edib: "Ailəm və nişanlım tənqidləri normal qarşıladı. Mən "Gecə qonağı"nda çəkiləndə subay qız idim. Nişanlım da aktrisa olduğumu bilir və sənətimi dəstəkləyir. Ailə qurmağa hazırlaşan biri olaraq artıq özümə sərhədlər qoymuşam. Tək özümü deyil, həyat yoldaşımı da düşünməliyəm. Bundan sonra daha diqqətli davaranacam".
Aktrisa idmana olan marağından da danışıb: "Futbolla , basketbolla məşğul olmuşam. Komandanın kapitanı idim, sevilən oyunçu idim. Amma böyüdükcə futbola olan marağım azaldı. Hazırda idmanla məşğul olsam da, incəsənət sahəsinə yönəlmişəm. Aktrisa olaraq uğur qazanmaq istəmirəm. Tək hədəfim budur".
Geyim tərzindən danışan Abiyeva deyib ki, libaslarını  getdiyi məkana uyğun seçir: "Klassik üslubda olan geyimləri çox sevirəm.  Lakin getdiyim məkana uyğun geyinirəm.  Öz filmimin təqdimat gecəsinə ulduzlara layiq geyinirəm, çünki gecənin ulduzu mən oluram. Digər tədbirlərdə daha sadə libaslara üstünlük verirəm".

 

(səs: 1)
Şərhlər: 15
Baxılıb: 4 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri