Ayan: Gizli sevgi yaşayıram - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 408
Səs ver:
(səs: 2)
Müğənni Ayan Babakişiyeva qardaşı Samir və qızı Selena ilə fotokameramız qarşısına keçib, şəkillər çəkdirib. 

Açıqlama verən ifaçı gizli sevgi yaşadığını bildirib:

"Ürəyimdə gizlədiyim bir insan var. Sevirəm, qəlbimdə gizli saxlayıram. 

İnsanın ailəsinin olması çox gözəldir. Amma ailənin olması vacib deyil. Əsas odur ki, sağlam ailən olsun. Çünki "ailəm var" deyə bilərsən. Amma ətraf və insanlar hər kəsi çox gözəl tanıyır. Ailəmlə fəxr edirəm, çox sağlam, məni anlayan doğmalarım var. Amma insana sevgi də lazımdır. Ona görə də sevirəm”.

A.Babakişiyeva İstanbulda yaşayan əkiz qardaşı Samirdən də danışıb:

"Qardaşım çox ağıllı, savadlı və əsas da realist insandır. Hərdən düşünürəm ki, ona nəsə sual versəm, bilməməsi mükün deyil. Hər işimdə populyarlığımın 50 faizini o edib. İdeyaları hər zaman maraqlı olur. İndi yanımda deyil, özümü gücsüz hiss edirəm. Çünki mən pis olanda hər zaman o dinləyirdi. Bilirdim ki, bütövəm. İndi Türkiyədə özünə karyera qurub, böyük bir şirkətin ixracat müdiridir. Onunla fəxr edirəm”.

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri