"iPhone 7" qaynadıldı və donduruldu? görün nə günə düşdü - VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 860
Səs ver:
(səs: 0)
Yeni "iPhone 7" smartfonu öz xarakteristikasına görə rəqiblərini geridə qoymağa davam edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, bundan əvvəl "iPhone 7"nin suya davamlılığı yoxlanıb və smartfon bu sınaqdan uğurla keçib. Eləcə də, "iPhone 7"nin təchiz olunduğu "A10 Fusion" prosessorunun öz rəqiblərindən öndə olduğu müəyyənləşib. Son olaraq, "iPhone 7"nin donma və qaynamaya dözümlülüyü test edilib.

"TechRax" videobloqunun sahibi, ABŞ-ın Kaliforniya ştatına yaşayan Taras Maksimuk "iPhone 7"nin "Coca-Cola"nın içində dondurulmuş vəziyyətdə bir müddət qaldıqdan sonra hansı vəziyyətə düşdüyünü yoxlayıb. O, smartfonu şüşə qabın içərisinə qoyub və qabı "Cola" ilə dolduraraq soyuducunun buzlama yerinə qoyub. "iPhone 7" orada 17 saat qalıb. T. Maksimuk daha sonra qabı soyuducudan çıxararaq buzlanmış "Cola"nı çəkiclə qırıb və smartfonu çıxararaq işə salıb. "iPhone 7" müəyyən fasilələrlə də olsa, işləməyə başlayıb. Səs keyfiyyəti müəyyən qədər zərər görüb və azalıb. Bundan başqa, smartfon işə salındıqdan sonra ekranda qəhvəyi ləkələr yaranıb, bu isə göstərir ki, 17 saat ərzində maye az da olsa, cihazın içərisinə sıza bilib. Smartfon ekstremal şəraitdə "yaşamaq" üçün batareyanın, demək olar ki, bütün enerjisini sərf edib, soyuducudan çıxarıldıqdan sonra onun cəmi 18% enerjisi qalıb.

T. Maksimuk "iPhone 7"nin qaynadıldıqdan sonrakı vəziyyətini də yoxlayıb. Smartfon 7 dəqiqə ərzində suda qaynadılıb. Sudan çıxarılıb, işə salındıqdan sonra o, əvvəlcə işə düşməyib. Lakin 10 dəqiqə sonra smartfon problemsiz şəkildə çalışmağa başlayıb.



(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri