Adəmin birinci arvadı Həvva yox Lilit olubmuş - Maraqlı Faktlar

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 7 886
Səs ver:
(səs: 0)
Yəhudi mifologiyasına aid edilən bu obraz əslində bir çox xalqların mifologiyasında ta bizim dövrlərə qədər gəlib çatmışdır. Dəfələrlə unudulmağa məruz qalmış "Lilit" əslində bizim inancımızda da yer almışdır.

Rəvayətə görə Adəmlə birgə yaranan "Lilit" öz ərinə asi çıxdığına görə cənnətdən qovulmuş Allahın lənətinə tuş gəlmişdir. Yəhudi mifologiyasında yer alsa da, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Tövratda Yaradılışın birinci Babında Adəmlə bərabər bir dişinin də yarandığı ikinci hissəsində isə onun qabırğasından bir dişinin yarandığı məlum olur.

İnanca görə, Adəmlə eyni anda, eyni zamanda yaranan "Lilit" ona tabe olmur onunla özünü eyni hüquqlu bilir buna görə də cənnətdən qovulur. Bundan sonra Tanrı Adəmin qabırğasından "Həvva" - nı yaradır. Adəm ilə Həvva ilk günahı işlədib cənnətdən qovulduqdan sonra isə övladları olur. Bunu qısqanan "Lilit" Adəm nəslində olan hər körpəni öldürəcəyinə dair and içir.

Rəvayətə görə "Lilit" gecə qaranlıqdan sonra hər evə girir zahı qadınları və körpələri boğur.

Miladdan öncə Babil anforalarında təsvir olunan gözəl bədən quruluşuna, bayquş ayaqlara və qanadlara sahib olan qadın "Lilit" olduğu ehtimal edilib.

Cənnətdən qovulan "Lilit" sonradann Samuel (Şeytan) adlı bir mələklə qarşılaşır və onunla evlənir yüzlərlə cin və ifrit kimi övladlar dünyaya gətirir. "Lilit" - in Cənnətə qayıtması üçün dua edən Adəmin yalvarışını qəbul edən Tanrı "Lilit"-in yanına 3 mələk göndərir. İsrarla mələkləri rədd edən "Lilit"- in Adəmə dönmədiyini görən mələklər hər gün onun balalarını öldürəcəyənə dair and içirlər. Tanrı "Lilit" in onun əmrinə tabe olmadığını görəndə isə onu lənətləyər və dua eləməkdən yorulub yuxuya gedən Adəmin qabırğasından Lilitə çox bənzəyən Həvvanı yaradar. Övlad acısı çəkən "Lilit" cənnətə ilan simasında girərək "Həvva"- nı qadağan olunmuş mevvəni yeməyə cəlb edər. Adəmlə Həvva Cənnətdən qovulduqdan sonra övladları olduğu üçün "Lilit" onları daha da çox qısqanar və doğulacaq övladıarını öldürəcəyinə dair and içər.

Udulmağa məruz qalsa da müxtəlif xalqların mifologiyasında geniş yer alan Lilit əfsanəsində bu qənaətə gəlmək olar ki "od olmasa tüstü çıxmaz".İndinin özündə bizdə yeni doğulmuş körpələrə və zahı qadınlara 40 mərasiminin keçirilməyi də elə bu mənbədən qaynaqlanır.Yaşıl nəsil bütün bunları belə izah edir: “Əgər bir zahı qadın evdə tək başına qalarsa onun daima başının üstündə “kimsə” olar, o kimsə zahı qadının ağlı ilə oyanayar, onun psixologiyasını pozar. Nəticədə ana öz ağlını itirər. Zahı qadın tək başına gecə vaxtı çölə və həyətə çıxarsa onun “kimsə” qızdırma xəstəliyi tutmasına şərait yaradar ( Burada kimsə hansısa mənfi varlığa işarədir ). Uşaq nəzarətdə qalmasa cin, şeytan uşağın daima bir nöqtəyə baxaraq, öz - özünə gülməsinə və ya ağlamasına, sonda isə öülmünə səbəb olar. 40 günü tamam olmamış körpənin üstünə yad biri ilə yanaşı evə qapıdan cin girər. Cin çöldəki bütün ağırlıqları ( yəni xəstəlikləri ) evə gətirər”. Bütün bunların tibbi tərəfidə var. Batil inanc deyib keçməyin, çünki əsrlər öncə tibbin inkişaf etmədiyi bir dövrdə nənələrimiz bütün bunları batil inanc şəklində olsada bilirdilər.

Ortaya belə bir sual çıxır: “Tövratda, İncildə işarələrlə, müxtəlif mifologiyalarda real varlıq kimi yer alan Lilit haqqında niyə Qurani - Kərimdə heçnə yoxdur? - Suala cavab vermədən öncə Tanrının hər canlıdan cüt yaratdığı anlayışını qeyd etmək istərdim. Lakin Adəmin tək yarandığını, onun qabırqasından Həvvanın yarandığını göstərmək istərdim.

Ortaya bu cavab çıxır yuxarda da dəfələrlə qeyd etdiyim unudulmağa məhkum olan "Lilit" Qurani - Kərimdə də qeyd olunmayıb. Lakin ad olaraq qeyd olunmayıb əməllərinin bağışlanılmaz olduğu qeyd olunub. "Nisa" (tərcüməsi "Qadınlar" olan) surəsinə nəzər salsaq, görərik ki, həyat yoldaşına asi olma necə pis qeyd olunub və bağışlanılmaz günah hesab olunur.

Niyə Tanrı Həvvanı Adəmin saçlarından yaratmadı? Başına çıxar deyə. Niyə tanrı Həvvanı Adəmin ayaqlarından yaratmadı? əzilməsin deyə. Tanrı Həvvanı Adəmin qabırğasından ürəyinə yaxın yerdən yaratdı ki, sevilsin deyə.

Buna dair müxtəlif mənbələrdən və xalqların etnoslarından misal çəkmək mümkündü. Yenı doğulmuş körpələri və zahi qadınları "Lilit"-in əlindən qorumaq üçün müxtəlif ayinlər və dualar oxunur. Günümüzə müxtəlif adlarla gəlib çıxsa da "Lilit" adlı mələk mövcuddur. "Lilit" in başqa adları : Lamia, Karina, Albasdı, Alqarısı, Al anası, Hal anası və s olmuşdu.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 7 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri