Dilənçilərin qucağındakı uşaqlar niyə həmişə yatır? Bu sualın cavabını öyrənincə...

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 584
Səs ver:
(səs: 0)
Dilənçilərin qucağındakı uşaqlar niyə həmişə yatır? Bu sualın cavabını öyrənincə, inanın şok olacaqsınız.

Sfera.az xəbər verir ki, biz duyğusal insanlar dilənçilərin yanından keçəndə qucağında rəsmən cansız bir bədən kimi yatan körpənin halını görəndə, o an üçün hər şeyimizi vermək daxilimizdən gəlir.

Metro stansiyası yaxınlığında yaşı tam olaraq bəlli olmayan bir qadın yaşayır. Qadının saçı qarışıq və çirkli, başını kədərli bir şəkildə önə əymiş, qarşısına da bir çanta qoyub. Yoldan keçən insanlar çantaya pul atır. Qadının qucağında isə daimi olaraq (çirkli paltarla) yatan iki yaşında bir uşaq var.

Hər dəfə o yoldan keçəndə saysız-hesabsız insanın ciblərindəki son qəpiklərini ona verdiyinin şahidi olurdum.

Bir ay ərzində bu dilənçinin yanından keçdim. Bunun dəstə nəzarətində olduğunu bildiyim üçün dilənçiyə pul vermədim. Bir ay sonra dilənçinin yanından keçərkən qəfildən bir şeyin fərq etdim. Ananın qucağındakı uşaq ağlamır, qışqırmır yalnız hərəkətsiz vəziyyətdə başını anasının dizinə qoymuş halda yatır.

Əziz oxucular, aranızda uşaqları olan varmı? 1-2-3 yaşlarındakı uşaqların nə zaman yatdığını bilirsinizmi?

Bildiyimiz qədər iki ən çox üç saat.

Amma mən bir ay ərzində dilənçinin qucağındakı körpənin bir dəfə də olsun ayıq görmədim!

Gözlərimi körpəyə dikərək dilənçiyə pul verdim: ""Nə üçün daim yatır? Dilənçi məni eşitməmiş kimi etdi. Gözlərini çəkdi və üzünü pərişan halda pencəyinin yaxasında gizlətdi. Sualı təkrar etdim. Qadın yenidən yuxarı baxdı". Sonra ahıl bir adam mənə baxaraq dedi: "Ondan nə istəyirsiz? Nə qədər çətin bir həyat yaşadığını görmürsünüzmü"? Cibindən pul götürüb dilənçiyə verdi və ordan uzaqlaşdı".

Ertəsi gün bir dostuma zəng etdim. Bu dostum zeytun kimi gözləri ilə Rumın əsilli komik bir adam idi. Təhsilinin yalnız üç ilini başa vurmağı bacarmışdı. Təhsilini bitirməməsi, onun bahalı və xarici avtomobillərlə şəhərin küçələrində gəzintisinə mane olmurdu. Dostumdan bu işin bariz bir şəkildə təşkil edilmiş olduğunu öyrənə bildim. İstifadə edilən uşaqların ailələrdən "icarə" alındığını, yaxud qaçırıldığını öyrəndim.

Ən dəhşətlisi isə bu uşaqların yatmalarının səbəbi onlara narkotik maddələrin verilməsidir. Onun üçün də bu uşaqlar bəzən iş vaxtında tab gətirə bilməyib ölürlər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 584
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri