Məzarda ilk gecə nələr olacaq?

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 3 416
Səs ver:
(səs: 0)

Məzarda ilk gecə nələr olacaq?
İnsan üçün müvəqqəti olaraq təsvir edilən dünya həyatının sonunda başlayacaq qəbir həyatında insan oğlunun başına nələr gələcək?

Sfera.az xəbər verir ki, ölümlə bədəndən ayrılan ruhumuz, qəbir aləmi deyilən yeni bir aləmlə tanış olur. Ölüm anında Əzrayılı (əleyhissalam) görən insan, bu yeni aləmdə sorğu-sual mələkləriylə rastlaşılır. Möminin gözəl əməlləri, bu yeni həyatda birlikdə olurlar.

Ölümlə başlayıb axirət həyatının ikinci dövrü olan təkrar dirilmə anına qədər davam edən dövrə qəbir həyatı adı verilir.

İki növ qiyamət var:

Biri İsrafilin Sura üfürməklə qopacaq olan ve Allahın istədiyindən başqa kainatda hər şeyin öləcəyi qiyamətdir ki, buna böyük qiyamət deyilir.

Digəri isə hər bir insanın öz ölümüdür ki, buna kiçik qiyamət deyilir. Məhz bu iki qiyamət arasında keçən vaxt bərzəx adlanır.

Qəbirdəki həyat daxil ölümdən sonrakı axirətə aid dövrlərə məxsus məlumatlar qeybə aid məlumatlardır.

Ağıl və duyğularla tanış olma və hökm vermə imkanı olmayan bu kimi məsələlər Allah və Peyğəmbərin xəbər verdiyi məlumatlarla məhdudlaşır.

Qəbirdə sorğu-sual: İnsan öldükdən sonra qəbirə qoyulanda münker və nekir adında iki mələk özünə gələrək, "Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir"? Deyə suallar verəcəklər. Beləliklə, iiman və saleh əməl sahibləri bu suallara doğru cavab verəcəklər.

Bu suallara doğru cavab verən möminlərə cənnət qapıları açılacaq, cənnət onlara göstəriləcək və bundan sonra qiyamətin qopmasına qədər nemət və xoşbəxtlik içində gözləyəcəklər.

Peyğəmbərimiz əfəndimizin qəbir sualı üçün: "Ölü qəbrə qoyulanda birinə menkür, digərinə nekir adı verilən iki mələk gəlir. Ona deyirlər ki: Bu Məhəmməd deyilən zat haqqında nə deyərsən? O da belə cavab verir: Allahın qulu və resülüdür.

Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur. Məhəmməd Onun qulu və resülüdür. Bunun üzərinə mələklər biz belə deyəcəyini onsuz da bilirdik deyərlər. Sonra onun qəbrini yetmiş arşın genişləndirirlər.

Daha sonra ölünün qəbri işıqlandırılır,"Buyurur. (Tirmizi Cenaiz, 70)".

QƏBİR ƏZABI NƏDİR?

Bərzəx aləmi haqqındakı ayə və hədislərdə ən çox qəbir əzabından bəhs edilir. Qəbirdəki əzab və ya nemət, insanın dünyadakı həyata tərzinə görə olacaqdır.

Yəni hər kəs bərzəx həyatında qarşılaşacağı vəziyyəti bu dünya həyatında hazırlayır. Çünki bərzəx, dünyadakı yaxşılıq və pisliklərin cəza və ya mükafatın veriləcəyi ilk mərhələdir.

Quran və hədislərdə qəbir əzabı ilə bağlı açıq ifadələr olduğu üçün qəbir əzabına inanmaq lazımdır.

Qəbir əzabından xəbər verən ayələrdə "Yaxşılarla pislərin, möminlərlə kafirlərin həyatlarında və ölümlərində özlərinə keçiriləcək proseslərin fərqli olacağı, hər kəsə yaşayışının əvəz veriləcəyi, ilahi ədalətin bunu tələb etdiyi bildirilir".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri