Peyğəmbəri təhqir edən karikaturaçının Allah belə cəzalandırdı - ŞOK HADİSƏ

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 2 393
Səs ver:
(səs: 0)
Fransanın "Charlie Hebdo” satirik jurnalının sabiq karikaturaçısı Moris Sine dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə "Le Figaro” nəşri məlumat yayıb.

Karikaturaçı 87 yaşında, keçirdiyi 5-ci əməliyyatdan sonra xəstəxanada vəfat edib.

Qeyd edək ki, radikal mövqeyi ilə tanınan karikaturaçı bu sahəyə 1952-ci ildə gəlib, son illərdə "Charlie Hebdo” ilə əməkdaşlıq edib.

Həftəlik nəşr olunan "Charlie Hebdo” Məhəmməd peyğəmbərin karikaturası əks olunmuş sayının çapından sonra məşhurlaşıb.

Belə ki, 2015-ci ilin yanvarında Məhəmməd peyğəmbərin karikaturasının üz qabığında çapından sonra jurnalın Parisdəki ofisinə 2 silahlı şəxs hücum edib. Hücum nəticəsində baş redaktor Stefan Şarbonye də daxil olmaqla, 12 nəfər ölüb.



Hücuma görə məsuliyyəti "Əl Qaidə" terror təşkilatının Yəmən qolunun lideri Nasser ben Ali al Ansi öz üzərinə götürüb.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri