62 yaşlı azərbaycanlı pedofil 13 yaşlı qızla görüşə çıxdı və ... - FOTO

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 13 095
Səs ver:
(səs: 0)
Ukraynanın Zaporojye vilayətində "İrs. Pedofil ovu” cəmiyyətinin fəalları sosial şəbəkələrdə tələ quraraq iki ay əvvəl Bakıdan həmin vilayətə getmiş 62 yaşlı Azərbaycan vətəndaşını ifşa ediblər.

Cəmiyyətin sosial şəbəkələrdəki qrupunda pensiyaçı pedofilin necə ifşa edildiyi haqda məlumat verilib.

Məlum olub ki, həmin azərbaycanlı pedofil internetdə 13 yaşlı qız və 15 yaşlı oğlan adı altında qeydiyyatdan keçən fəallarla yazışaraq onlara intim təklif edib. Daha sonra 13 yaşlı qızla görüşə çıxıb və cəmiyyətin fəalları ilə qarşılaşıb.

"Bu gün bizim təşkilatımız tərəfindən Bakı sakini ilə görüş təşkil olundu. O, 13 yaşlı qızla görüşə gəlmişdi. Habelə 15 yaşlı oğlanla yazışmalar aparıb. Bütün səhifələrə özünün intim fotolarını göndərib. Pedofilləri ifşa etmək üçün yaradılan saxta azyaşlılar səhifələrinə”-qrup bildirir.

Həmin azərbaycanlı pedofilin azyaşlılarla intim yazışması və göndərdiyi fotolar da internetdə yerləşdirilib. Həmin şəxs bildirib ki, iki ay əvvəl Bakıdan Zaporojyeyə gedib. Orada müalicə alır və qohumlarının yanında yaşayır. Pensioner pedofillə bağlı Ukrayna hüquq-mühafizə orqanlarının hansı tədbir görəcəyi məlum deyil. Habelə həmin alçağın kimliyi də göstərilməyib.

62 yaşlı azərbaycanlı pedofil 13 yaşlı qızla görüşə çıxdı və ... - FOTO
Virtualaz.org bildirir ki, ukraynalı fəallar Bakıdan gedib Zaporojyedə azyaşlılara intim təklif edən Azərbaycan vətəndaşlarının dindirilməsinə dair videokadrları da yayıblar. Kadrlardan məlum olur ki, bu şəxs özünü Vəliyev Azər Həsən oğlu kimi təqdim edir. Bildirir ki, pensiyaçıdır və Bakıdan müalicə üçün Zaporojyeyə gedib. Qohumlarının yanında qalır. Pedofil etiraf edir ki, internetdə yazışdığı azyaşlı ilə görüşmək üçün gəlmişdi.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 13 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri