ŞAD XƏBƏR! Dollarla bağlı SON QƏRAR

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 7 045
Səs ver:
(səs: 0)
Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) rəhbər müavini Stenli Fişer ABŞ-da makroiqtisadi göstəricilərin yüksəlməyə davam etdiyini qeyd edərək tənzimləyicinin 2016-cı il başa çatmamış faiz artımına doğru irəlilədiyinə işarə vurub.

"Bloomberg" agentliyi xəbər verir ki, bu barədə S. Fişer Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik toplantısı çərçivəsində Vaşinqtonda keçirilən 31-ci beynəlxalq bankçılıq konfransında bildirib.

Onun sözlərinə görə, ötən həftə məşğulluqla bağlı açıqlanan rəqəmlər yüksək olub və artımın davam edəcəyini qeyd edib: "İşsizliyin faiz göstəricisi uzun müddət davam edəcək normal səviyyəyə yaxınlaşır. İnflyasiya da FED-in 2%-lik hədəfinə doğru yaxınlaşır".

FED rəsmisi əlavə edib ki, iqtisadi göstəricilərlə bağlı müsbət fikirlərə baxmayaraq sentyabrda faiz dərəcələrinin artırılmamasına son anda qərar verilib. "Faiz dərəcələrinin sabit saxlanması iqtisadiyyata etibarsızlıqdan irəli gəlməyib. Məşğulluq göstəriciləri yüksəlməyə davam edir və biz bunun davam edəcəyini gözləyirik. İnflyasiya aşağı olsa da müəyyən zaman ərzində 2%-ə yüksələcəyini proqnozlaşdırırıq", – deyə S. Fişer qeyd edib. (bizimyol info)
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri