6 aylıq uşağı xəstəxanaya ATDILAR VƏ GÖRÜN NƏ OLDU - Bakıda

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 293
Səs ver:
(səs: 0)
Ötən gündən etibarən sosial şəbəkədə 6 aylıq qız uşağının anası tərəfindən xəstəxanaya atılması geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, azyaşlının şəklini paylaşanlar onun hazırda Qarayev adına 2 nömrəli xəstəxanada olduğunu bildirirlər. Qeyd olunur ki, körpə xəstəxanada doğulsa da, heç kim gəlib onu götürməyib.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasının qəbul şöbəsi ilə əlaqə saxlayıb.

Qəbul şöbəsi hazırda xəstəxanada belə bir uşağın olduğunu təsdiqləyib. Bildirilib ki, körpəyə dövlət tərəfindən hər cür qayğı göstərilir, vaxtında dava-dərmanı verilir.

Sözügedən xəstəxananın baş həkiminin müavini Eldar Rəhimov isə məsələni təkzib edib. O, hazırda klinikada valideynləri tərəfindən atılan heç bir uşağın olmadığını vurğulayıb.

Maraqlıdır ki, uşaq 6 aylıqdır və necə ola bilər ki, doğum evi kimi fəaliyyət göstərməyən xəstəxanada doğulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, belə bir uşaq xəstəxanada yoxdur: “Xəstəxanada 6 aylıq valideynsiz uşaq olmur. Bu yaşda körpələr uşaq evlərinə verilir. Ona görə də 6 aylıq uşağın klinikada qalması mümkün deyil”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri