"Kurtlar Vadisi Pusu"da "Erdoğan" şoku - video

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 1 969
Səs ver:
(səs: 0)
"Kurtlar Vadisi Pusu"nun 2012-ci ildə yayımlanan bir seriyasında qəbirstanlıqda üstündə "Erdoğan" yazılı bir məzarın olması yenidən gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Söylemezsem olmaz" proqramında bu məsələ araşdırılıb. Verilişin müxbiri həmin çəkilişin olduğu qəbirstanlığı və məzarı tapıb. Məlum olub ki, daşın üzərində başqa ad yazılıb. "Kurtlar Vadisi Pusu"nun heyəti isə serial üçün həmin səhnədə daşın üzərinə "Erdoğan" adını əlavə edib.

Verilişin aparıcılarından olan müğənni Nihat Doğan bu barədə sərt danışıb:

"Bu məzarı biz özümüz tapmamışıq. Qəbirstanlığın mühafizəçisi bizim operatoru birbaşa ora aparıb. Orada "Erdoğan" deyə bir məzar yoxdur. Yaradıcı heyət həmin məzarı dekor kimi əlavə edib. Mən burdan Necati Şaşmaza səslənirəm. Elə deyilsə, çıxsın desin. Erdoğanı diri-diri basdırdınız".

Daha sonra N.Doğan efirdən prezident Rəcəb Tayyip Erdoğana səslənib:

"Hörmətli prezidentim, bunları görün. Sizə xəbər vermirlər yəqin. Amma dostunuzu, düşmənizi tanıyıb. Sizi diri-diri torpağa gömüb subliminal mesaj verənləri tanıyın".

Qeyd edək ki, "Pana Film" iyulun 15-dəki siyasi hadisələrdən sonra "Kurtlar Vadisi Darbe" filmini çəkəcəyini elan etmişdi. Lakin sonradan məlum olmuşdu ki, şirkət filmin adını və saytını hadisə baş vermədən qabaq qeydiyyatdan keçirib.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri