EFİRDƏ QIRĞIN DÜŞDÜ - Aparıcı Yusif aktrisanı susdurdu : " Sən necə azərbaycanlı qadınsan ki, gecə 11-də..." - VİDEO

Müəllif: Nigar
Şərhlər: 9
Baxılıb: 16 351
Səs ver:
(səs: 0)
Əməkdar artist Kəmalə Hüseynova ilə ATV-nin aparıcısı Yusif Ağayev arasında canlı efirdə qalmaqal yaşanıb.

BiG.AZ xəbər verir ki, "10-dan sonra" verilişində qonaq olan aktrisa işlərinin çoxluğu ilə əlaqədar evə gecə saat 11-də getdiyini açıqlayıb. Aparıcı Y. Ağayev isə ona üzünü tutaraq "Kəmalə xanım, onda ortaya belə sual çıxır ki, siz ailədə tapılmırsınız. Bəs ailə? Belə çıxır ki, evə gəlib başınızı atıb yatırsınız, bu da sizin ailəyə olan münasibətiniz" sualı aktrisanı özündən çıxarıb:

"Bəs neçə illər ailə məzuniyyəti, uşaqlarımı böyütmüşəm. Hamısını oxutdurmuşam. Bəs bunlar ailə sayılmır? Övladlarım hərəsi öz həyatını yaşayır. Həyat yoldaşım da mənimlə eyni vaxtda çıxıb, eyni vaxtda qayıdır. İkimizdə iş adamlarıyıq. yaxşı olar ki , o evdə otursun onun gününü qara əsgiyə düyüm, yoxsa hərəmiz öz işimizlə məşğul olaq? Hansı daha yaxşıdır Yusif?".

Aparıcının "Mən azərbaycan qadınının belə ailə başçısı olmasını normal qəbul etmirəm", deyərək ağzını büzməsi aktrisanı özündən çıxarıb:

"Nahaq yerə siz belə reaskiya verirsiniz. İlin 12 ayını mən belə yaşamıram axı? Çəkilişlərim olur, bu da təbiidir. Nəyə görə, siz qısqanan, ərini gecə-gündüz "hardasan", "neynirsən" kimi suallarla bezdirib bozbaşını bişirən qadınlara ağzını büzmürsünüz, mənə büzürsünüz?".
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 16 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri