7 il öncə yoxa çıxan qızın ŞOK VİDEOsu yayıldı

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 3 056
Səs ver:
(səs: 0)
Amerikada yaşayan və 2009-cu ildə yoxa çıxan bir qızın ailəsi bu yaxınlarda ortaya çıxan videonu gördükdən sonra dəhşətə gəlib.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Uolter adlı bir şəxs sosial şəbəkələrdə paylaşdığı videolardan birində alış-veriş mərkəzində tanış olduğu bir qıza çoxlu hədiyyə aldığını söyləyib. Bu sözlərin ardından ayağa duran şəxs sevgilisinin kamera qarşısına çıxmağa çəkindiyini deyərək, hamam olduğu təxmin edilən, üzərində kilid olan qapını açır. Həmin an içəridə əl-ayağı bağlı olaraq yerdə uzanmış çılpaq qız görünür. Görüntüdəki gənc qızın itkin düşən Kayla Beard olduğu iddia edilir. Anası və qardaşı sözügedən videoda qızın səsini eşitdikdən sonra onun Kayla olduğuna daha çox inanmğa başlayıblar.

Ailəsi gördüklərinə: "Ümid edirik ki, bu, iyrənc bir zarafatdır sadəcə", - açıqlamasını edib.

2009-cu ilin oktyabr ayından yoxa çıxan qızla bağlı istintaq prosesini davam etdirən polis hələ heç bir nəticə əldə edə bilməyib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri