ŞOK! Çovdarov "Xatirə"ni 6 il mühasirədə saxlayıb - FOTO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 631
Paylaş:
Səs ver:
(səs: 0)
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun silsilə cinayət əməllərindən daha biri məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Kürdəmir rayonunun sabiq icra başçısı Fəxrəddin Məlikovun da cinayət işinə cəlb olunduğu epizod üzrə A.Çovdarov 44 min manat ziyan vurmaqda təqsirləndirilir.

Belə ki, general Kürdəmir rayonunda kənd təsərürfatı sahəsi üzrə bizneslə məşğul olmaq qərarına gəlib. Bu məqsədlə 2006-cı ilin yanvar ayında oğlu Ruslan Çovdarovun adına "RAF-2006" MMC yaradıb. Ardınca da Kürdəmir Rayon İcra Hakimiyyəti ilə torpaqların icarəyə verilməsi üçün müqavilələr bağlanıb. Rayonun Ərşəli kəndində 100 hektar, Qurdbayramlı kəndində 100 hektar, Mollakənd kəndinə 69 hektar ərazi faktiki olaraq Çovdarovun rəhbər olduğu şirkətə 99 illik icarəyə verilib. İcra hakimiyyəti Aparatının şöbə müdirinin müavini Əşrəf Şükürov isə həmin kəndlərdə yaşayan və 269 hektarın sahibi olan kəndliləri "bu şirkət MTN generalınındır, torpaqlarınızı o alır, sizə susmağı məsləhət bilirəm, yoxsa istənilən bəhanə ilə həbs oluna bilərsiz" deyərək qorxudub. Bu yolla torpaqlar dəyər-dəyməzinə alınaraq ələ keçirilib. Ə.Şükürov bu işin həllində "RAF-2006" MMC-nin direktoru Fəttah Seyidovla birgə işləyib.

İttiham verilən əsas məsələ isə "Xatirə" ilə bağlıdır. Çovdarovun Mollakənddə aldığı 99 hektar ərazinin tərkibində Şehman İmanova məxsus "Xatirə" yeməkxanası olub. Akif Çovdarov Şehman İmanovdan bu qeyri-yaşayış obyektini də almaq istəyib, lakin eyni üsulla, dəyərindən aşağı qiymətə. Bu zaman isə rədd cavabı alıb. Bundan sonra, general öz üsuluna əl atıb və icarəyə götürdüyü torpaq sahəsindən keçərək yeməkxanaya gedən yolları məftilli tellərlə bağlatdırıb. Bu çəpərlər 2009-cu ildən Çovdarovun vəzifədə olduğu günə kimi orada qalıb və yeməkxana faktiki olaraq fəaliyyətsiz olub. Ş.İmanov "Xatirə"sini mühasirədən xilas etmək üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət edib və 2011-ci ilin may ayında "Çovdar çəpərləri"nin sökülməsi barədə qərar çıxarılıb. Lakin qərar sadəcə kağız üzərində qalıb.

Sabiq icra başçısı Fəxrəddin Məlikov istintaqa ifadəsində hər şeydən xəbərsiz olduğunu deyib: "O bildirib ki, 2004-2012-ci illərdə həmin vəzifədə işləyib. "RAF-2006" MMC-yə torpaq ayrıldığını bilirdim, amma detalları xatırlamıram".

Fəxrəddin Məlikov



Bundan sonra müstəntiq F.Məlikovun imzası olan torpaq sahələrinin ayrılmasına dair sərəncamları onun qarşısına qoyub və sabiq başçı həmin an hər şeyi "xatırlayıb" və ifadəsinə davam edib: "Bu işlə Fəttah Seyidov mənim yanıma gəldi və belə bir iş görmək istədiklərini dedi. Mən də bu işi Əşrəf Şükürova tapşırdım. Fəttah Seyidov şirkətin rəhbəri haqda mənə heç nə demədi. Bu işdə Akif Çovdarovun adı olduğunu bilmirdim".

Əşrəf Şükürov isə istintaqa ifadəsində şirkətin Akif Çovdarova aid olduğunu generalın həbsindən sonra bildiyini deyib.

Qeyd edək ki, Fəxrəddin Məlikov "Azəriqaz"ın sabiq sədri Əlixan Məlikovun qardaşıdır.


ŞOK! Çovdarov "Xatirə"ni 6 il mühasirədə saxlayıb - FOTO

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 631
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
qudurmus azqinlar caaati mehv edirler ellerinde bir az hakimiyyet olan kimi sizin kimi leshderi gerek camaatin qarshisina atalarki camaat size cezasini versun
13 oktyabr 2016 15:59
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
Icra bawcisi nece de gozunun icine qeder yalan daniwib mehkemede.Alcaq adamlardida,senin xeberin olmadan nece senin bawcisi oldugun rayonda yuzlerle hektar erazi icamaatin elinnen alinir,ceperlenir?Demek sene de ordan nese catirmiw ki,buna goz yummusan.Camaatin qanin icen vampirler,Allah sizin belanizi ele versinki,surune surune geberesiz haminiz.Ozbawnaligin derecesine bax...bizim milletdede var gunah,MTN adi ewidende hami tir tir esirdi,onlarin kesdiyi bawa sorgu sual yox idi,ne yaxwiki hamisi tutuldu,cezalarin layiqince cekerler Inwallah.

Aydan xanim ayda ilde bir defe normal xeber paylawmiwdi,onu da xebere yerlewdiyi wekille korladi:(HEC HENANIN YERIDIR????
13 oktyabr 2016 15:41
2
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
ulya 1988
bu şəkildəki qızın bu xəbərə nə aidiyyəti var anlamadım
13 oktyabr 2016 14:02
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv