Mehriban Xanlarovadan ŞOK AÇIQLAMA: "Heç vaxt ana olmamışam" - FOTO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 618
Səs ver:
(səs: 0)
Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə danışıb. Lent.az-ın məlumatına görə, aktrisa bildirib ki, o bioloji olaraq ana olmayıb:

"İlk dəfə şəxsi həyatımla bağlı sirrimi xalqımla bölüşürəm. Bütün Azərbaycan xalqı bilir ki, mənim bir qız övladım var. Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdır. Hər kəs mənə sual verir ki, Mehriban xanım, niyə bu sirri açdız? Sadəcə istədim, sağ ikən insanlar bunu məndən eşitsinlər. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq.

İstəmirəm, mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Mən bu sirri açmaqdan utanmıram, nə də heç kimdən çəkinmirəm.
Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır. Gələcək aylarda dördüncü nəvəm dünyaya gələcək.

Bu barədə jurnalistlər məndən müsahibə almaq istəyirlər. Mənə, menecerimə zəng vururlar, amma mən hələ ki, müsahibə vermək istəmirəm. Səhhətimdə problemlər var. Bir az istirahət etmək istəyirəm".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 618
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri