62 yaşında ana oldu: "Çox sevinirəm..." - VİDEO

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 1 551
Səs ver:
(səs: 0)
İspaniyada yaşayan 62 yaşlı qadın analıq sevincini yaşamağın heç vaxt gec olmadığını bütün dünyaya nümayiş etdirib.

Luqo şəhərinin sakini Lina Alvares 62 yaşı olmasına baxmayaraq, uşaq dünyaya gətirib. Xəstəxanadan çıxar-çıxmaz mətbuatın hədəfi olan qadın, “bundan daha xoşbəxt olmaq mümkün deyil” deyib. Yeni doğulan qızına öz adını, Lina ismini verən xanım körpənin tam sağlam olduğunu bildirib. Onun 2 kq 380 qram çəkisi var.

Qeyd edək ki, ilk dəfə 28 yaşında ana olan Alvares, ikinci övladını 52 yaşında dünyaya gətirib. Amma 3-cü dəfə xanım süni yolla hamilə qalıb.

Xatırladaq ki, 62 yaşında ana olan Lina bu göstəriciyə görə Hindli xanıma uduzur. Hindistandan olan Daljinder Kaur bu ilin mayında 72 yaşında dünyaya uşaq gətirib. Bu uşaq Kaur ailəsinin ilk övladı olub. (atv.az)

[media=https://youtu.be/cqBjUHWgN9c]
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 551
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri