Pomidor alarkən diqqətli olun, çünki...

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 1 276
Səs ver:
(səs: 0)
Alimlər pomidorla bağlı maraqlı açıqlamalar verib.

ABŞ-ın Florensiya Universitetinin araşadırmaçıları pomidorların zamanından tez yetişməsi üçün ona xüsusi qaz vurulduğunu aşkar ediblər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Azəbaycanın istixanalarında yetişdirilən pomidorların hamısı qaz vurulmaqla yetişdirilir: “Payız aylarında yetişən pomidorlar çox qorxuludur. Pomidor təbii olaraq hansısa temperatura uyğun yaradılıb.

Onu anormal vəziyyətə salanda tərkibi və dadı dəyişib yararsız vəziyyətə düşür. Pomidorlara qaz vurulur, bundan əlavə onları iynələyib və dərmanlayırlar”.

E.Hüseynov bildirib ki, pomidorlara vurulan qazların tərkibi hələ öyrənilməyib: “Qaz insan həyatı üçün arzuolunmazdır. Onlar insan orqanizmində dəhşətli xəstəliklər yaradır. Bunu ancaq pomidorların tez yetişməsi üçün edirlər”.

Sədr payız aylarından etibarən süfrəyə təzə pomidor qoymağı məsləhət bilmədiyini qeyd edib.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri