Məşhur teleaparıcı Aytən Səfərova efirdən insanları təhqir etdi

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 867
Səs ver:
(səs: 0)
"Azad Azərbaycan” televiziyasının 106.3 radiosunda aparıcı Aytən Səfərova "Buğa” bürcü altında doğulan insanları təhqir edib.

Bu barədə saytımıza məşhur hüquqşunas Tahir Əlirzayev məlumat verib. O qeyd edib ki, səhər saat 8:57 radələrində işə gedərkən 106.3 radiosunda aparıcılar Raqif Əliyev Aytən Səfərova və Mətanət Əliverdiyevanın təqdimatında efirə yayımlanan "Bumeranq” verilişində bürclər haqda məlumat verilərkən aparıcı Aytən Səfərova kobud səhvə yol verərək, "Buğa” bürcü altında doğulan insanları təhqir edib.

O "Buğalar az yeyin, yağlı yeyib kökəlməyin, bir sözlə otluyun” deyərək bu bürc altında doğulanları təhqir edib. Aparıcının bu sözləri insanlar tərəfindən mənfi qarşılanıb. Onlar sosial şəbəkələrdə teleaparıcını təhqir edərək, onlardan üzr istəmələrini istəyib.

Qeyd edək ki, Aytən Səfərova üzun müddət "ANS” telekanalında çalışmış, daha sonra fəaliyyətini "ATV” kanalında davam etdirmişdir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri