Şok kadrlar: ruh qadını qorxutdu - ŞOK VİDEO

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 1 667
Səs ver:
(səs: 0)
Paranormal hadisələrin olub-olmaması ilə bağlı mübahisələr səngimir və çətin ki, çözümünü tapsın. "Ruhlar varmı?" sualına cavab arayanlar az deyil. Keti Enn Roundda ruhlara inanmırdı.

Ötən həftəyədək. Çünki o, hələ də şokdadır və ruhların olduğuna artıq inanır.

Milli.Az The Sun-a istinadən bildirir ki, İngiltərənin Qərbi Midlends qraflığındakı Qornel şəhərində yaşayan, buradakı "Chapel House" barında çalışan Keti axşam saatlarında barda təmizlik işləri aparırdı.

Təbii ki, videomüşahidə kameraları da işləyirdilər.

Kameralardan biri mətbəxdə idi.

Keti Enn mətbəxin döşəməsini silmişdi və bar əməkdaşlarının ayaqlarının sürüşməməsi üçün döşəməyə "Bura silinib" yazılmış plastik nişan qoymuşdu.

Keti mətbəxdən çıxandan sonra həmin plastik nişan hərəkətə gəlib.

Qadın mətbəxə qayıdanda nişanın aşdığını görür və şəriki Ben Parksı çağıraraq "Bir qədər ehtiyatlı ol, nişanı aşırıbsan!" deyir.

Ben mətbəxə girəndə isə döşəməsiləni, sanki, kimsə götürüb zərblə yerə çırpır.

Ben və Keti vahimə içində mətbəxdən qaçıblar.

Olayı polis araşdırır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri