Əhaliyə kredit müjdəsi: dollarla olan borcunuz... ŞAD XƏBƏR!

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 410
Səs ver:
(səs: 0)
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini "bir dam altında” birləşdirməyi planlaşdırır.

Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

R.Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

"Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

Bir qədər öncə istiqlal.az Azərbaycanda böyük kredit aminitiyası gözlənilməsi ilə bağlı xəbər yaymışdı.

Bank sektorundakı mənbəyə istinadən yayılan xəbərə görə, 10 min dollara qədər kredit borcu olanların borcları indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 qəpik) ilə hesablanacaq. Bu 20 dekabr 2015-ci il tarixə qədər kredit götürənlərə şamil ediləcək./gununsesi.info/
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri