"Evdə Tək Başına" filmi haqqında bilmədiyiniz çox maraqlı məlumatlar - FOTOLAR

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 233
Səs ver:
(səs: 0)
"Evdə Tək Başına" filmini aramızda izləməyən çox güman ki, yoxdur. Hər yeni il ərəfəsində televiziyaların yayımladığı bu filmi qəribədir ki, hər il olduğu kimi çılğın formada yenidən izləyirik.

Filmin mövzusu adına uyğun olaraq bir uşağın evdə tək başına qalmasıdır. Ailəsinin öz uşaqlarını unudaraq tətilə çıxması və yeni il ərəfəsində uşağın evi oğrulardan qoruması filmin əsas mövzusudur.

İllər boyu təkrar-təkrar izlənilməsinə baxmayaraq film haqqında bilmədiyimiz bir çox maraqlı hadisələr var. Bizimyol.info film haqqında bilmədiklərinizi təqdim edir:

Filmdə Kevinin hisslərinin daha aydın görünməsi üçün, Joe Pesci (Harry) Kevin rolunu oynayan Macaulay Culkinə çəkiliş zamanı qorxu dolu anlar yaşatmışdı.



Harry bu işi bir az ciddiyə almış və hətta Kevinin yaralanmasına da səbəb olmuşdu. Harry “Bu kiçik barmaqlarının hamısını tək-tək dişləyəcəyəm" demiş və həqiqətən də dediyini eliyən Harry, Kevinin barmağını qanatmışdı. Kevin rolunu oynayan Macaulay Culkinin əlində hələ də o kiçik iz qalıb.

Kevinin oğruları qorxutmaq üçün televizorda baxdığı film, "Evdə Tək Başına" filmi üçün özəl olaraq çəkilmişdir



"Angels With Filthy Souls" filmi gerçək bir film deyildi. Sadəcə “Evdə Tək Başına” üçün özəl olaraq çəkilmiş qısa bir qanqster filmi idi.


Daniel Sterninin üzündəki hörümçək gerçək bir hörümçək idi



Marv adlı oğrunun üzərində hörümçək gəzməsi səhnəsini yəqin ki, hamınız xatırlayırsınız. Həmin anlar gerçək idi. Real olmayan yalnız qışqırıq səsləri idi. Stern çəkiliş zamanı hörümçəyi qıcıqlandırmamaq üçün sadəcə səssiz reaksiyalar vermişdi. Səs effektləri isə filmə sonradan əlavə edilmişdi.

Harry rolu üçün Joe Pescidən əvvəl Robert De Niroya bu rolu oynamaq təklif edilmişdi



Lakin Robert De Niro bu rolu oynamaq istəmədiyini bildirmişdi.


Şəkildə gördüyünüz “The Talkboy” adlı səsyazan cihaz, əslində film nümayiş edilən zaman satışda olmayıb. Həmin cihaz sadəcə film üçün xüsusi olaraq hazırlanmışdı. Filmi izləyən minlərlə insan həmin cihazı almaq istəsə də bir müddət bu mümkün olmamışdı



Bir neçə il sonra isə həmin cihaz satışa çıxdı. Hətta cihaz o qədər çox satıldı ki, şirkət cihazı yenidən dizayn edərək fərqli formada satışa çıxartdı. Yeni dizayn edilmiş ikinci cihazın adı “TalkGirl” idi. Mağazalarda daha çox çəhrayı rəngli “TalkGirl”cihazı satılırdı. Çəhrayı rəngli səsyazan cihazları qızlar daha çox alırdı.

Filmdə Kevinin ailəsinin yaşadığı ev 2011-ci ildə 2.4 milyon dollara satıldı



Məşhur evi alan şəxs, bir müddət sonra peşman olmuş və evi yenidən başqa birinə 1.585 milyon dollara satmışdı. Ev hal-hazırda turistlərin maraq göstərdiyi yerlərdən biridir.

Marvinin ayağı ilə üzərinə basdığı şüşə oyuncaqlar əslində saxta idi



Həmin oyuncaqlar şəkərdən hazırlanmış saxta oyuncaqlar idi.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 233
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri