Zaurun verilişində gərginlik, ONU BELƏ HƏDƏLƏDİLƏR!: "Verilişdən sonra zəngləşərik"

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 828
Səs ver:
(səs: 0)
Ötən gün Xəzər TV-də Zaur Kamalın aparıcısı olduğu "5 də 5" verilişinin qonaqları müğənnillər Mənzurə Musayeva, Samir Piriyev və Aşıq Əli olub.

Aşıq Əlinin ağır çəkili olmasına sataşan aparıcının fikirlərini müğənni Mənzurə Musayeva davam etdirib. "Ay Əli, niyə arıqlamırsan? Bütün dünya bu saat pəhriz saxlayır. Ola bilər, tamaşaçılar Əlini belə sevirlər. Amma bir az arıqlasa, yaxşı olar. Sən arıqlasan, mənə çox sağ ol deyəcəksən ki, gərək Mənzurə xanımın sözünə əvvəldən qulaq asaydım. Zaur kimi olmaq istəmirsən?"

Əsəbləşən Aşıq Əli xanım müğənniyə cavabında: "Deyəsən, belə Mənzurə xanımın xoşuna gəlmirəm. Verilişdən çıxandan sonra zəngləşərik".

Daha sonra Aşıq Əli üzünü aparıcıya tutaraq: "Zaur, nə vaxt bu efirdə sənətdən danışacağıq?" - sualını verib.

///primetime.az
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 828
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri