Lənkəranskinin siyahısı "Kor Hüseyn"də: mafiya onu axtarır

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2 056
Səs ver:
(səs: 0)
Rövşən Lənkəranskinin mirası uğrunda mübarizə qanlı kriminal müharibəyə gətirib çıxara bilər. Çünki Lənkəranskinin yaxın adamlarından olan və ən yaxın sirdaşı sayılan “Kor Hüseyn” ləqəbli Hüseyn Əhmədov iri kriminal qruplaşmaların hədəfinə gəlib. Onu hər öldürə bilərlər. Lent.az-ın məlumatına görə, Hüseynin qurban seçilməsini təsadüfi deyil. Söhbət ondan gedir ki, Lənkəranskinin ən yaxın tərəfdarlarından olan Merab Canqveladze (“Merab Suxumski”) ilə bərabər o da azərbaycanlı avtoritetin mirasına iddialıdır. “Suxumski”dən fərqli olaraq, “Kor Hüseyn” bütün “razborka”larda mütləq şəkildə Canıyevi müşayiət edib. O, kimin Lənkəranskiyə nə qədər ödədiyini, nə qədər borclu olduğunu qəpiyinəcən bilir. Bir sözlə, onun əlində geniş siyahı var. Bu siyahıda adları olanlar isə Hüseyndən can qurtarmağa, eləcə də mirasın öz aralarında bölüşdürülməsinə çalışırlar.

Maraqlıdır ki, bir qədər əvvəl “Rosbalt” agentliyi də bu məqamla bağlı xəbər yaymışdı. Həmin xəbərdə deyilirdi ki, “Kor Hüseyn” Lənkəranskinin ölümündən sonra onun mirasının böyük hissəsinə iddialarını ortaya qoyub, özünü varis elan edib. Öz təhlükəsizliyini təmin etmək üçün isə Çeçenistandan keçmiş döyüşçüləri belə mühafizəçi kimi ətrafına yığıb.

Amma varislik uğrunda mübarizənin qanla nəticələnəcəyi heç kimə sirr deyil. Çünki İtaliyadan tutmuş Türkiyəyə qədər, eləcə də Rusiyanın əksər iri şəhərlərində Lənkəranskinin nəzarətində olan xeyli obyekt var. Bu “böyük tikə”dən isə hər kəs pay almağa çalışacaq.

Onu da qeyd edək ki, Kor Hüseyn SSRİ-nin ən gənc “qanuni oğrusu” olub. O, 19 yaşında “taclandırılıb”.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri